Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Dünyanın ən böyük adası turistik bir məkana çevrilir

Dünyanın ən böyük adası turistik bir məkana çevrilir
Sakura

Bu, buzlar və Viking sagaları ilə assosiasiya olunan dünyanın ən böyük adasıdır

Bu uzaq və soyuq bölgənin yaşıl bir adı var - Qrenlandiya. Şimali Atlantikada yerləşən bu ada tundra və nəhəng buzlaqlarla örtülüb. Çox da mehriban olmayan iqliminə baxmayaraq, Qrenlandiya sürətlə populyar yeni bir turizm məkanına çevrilir. Əriyən aysberqləri ilə ada qədim Viking diyarını xatırladır.

 

Ens.az xəbər verir ki, buzdan azad olan əsrarəngiz Arktika görüntüləri turistləri cəlb etməyə başlayır və əriyən buzlaqların özləri də möhtəşəm bir mənzərə hesab olunur. Bir çox səyahətçi yaxınlıqdakı İslandiyanı turistlərin sıxlığının müşahidə olunduğu çox populyar bir turist mərkəzi hesab etməklə yanaşı, Qrenlandiyanı sakit və hüzur dolu bir məkan kimi dəyərləndirirlər.

ABŞ prezidenti Donald Trump-ın 2019-cu ilin avqustunda Qrenlandiyanın satın alınacağı ilə bağlı verdiyi açıqlamada da adanın xeyrinə işləyib. Bu bir növ reklam rolunu oynamış, insanların uzaq bir ada haqqında daha çox bilmək istəmələrinə səbəb olmuşdur. Ens.az bildirir ki, Qrenlandiyada 56 minə yaxın insan yaşayır. 2019-cu ildə buraya gələn turistlərin sayı daimi sakinlərin sayını üstələyib. Qeyd edək ki, Qrenlandiyada Arktikada vəhşi təbiət qoruğu da mövcuddur.

Adaya üz tutanlar əsasən Qrenlandiya buz təbəqəsinin yaxınlığında olan vəhşi təbiətə can atırlar. Burada qayıqla balıq ovuna gedə, balinalara və aysberqlərə baxa bilərsiniz. Şərq sahili dünyanın ən böyük fjordu - Skorsbinin gözəlliyi ilə təəccübləndirəcəkdir. Burada qütb ayıları, arktik tülkü, arktik dovşan, balinalar və hətta narvalları görmək mümkündür.

Qrenlandiyanın 70 məskunlaşmış şəhərindən yalnız 13-də uçuş-enmə zolaqları var. Vertolyotla aysberqlərə bir tura çıxa bilərsiniz. Qrinlandiyada səyahət mövsümü qısa, cəmi iki aydır. Sonra ada qütb gecəsinə qərq olur.

Şimal işıqlarını müşahidə etmək turistlərin görmək istədiyi ən məşhur hadisələrdən biridir. Bunu etmək üçün təxminən sentyabr və oktyabr aylarında oraya getmək lazımdır. Digər bir seçim mart və aprel aylarında şansınızı sınamaqdır. Səfər, əlbəttə ki, cazibədardır, lakin qiyməti elə də ucuz başa gəlmir. Düzdür, burada mağazalar və supermarketlər var, amma qiymətlər çox yüksəkdir. Turistlərin axını səbəbindən bir çox otellər altı ay əvvəlcədən sifariş olunur.

Mənbə: hotgeo.ru/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR