Dünyanın ən bahalı villaları hansılardır?
Gözəl, böyük və dəbdəbəli evdə yaşamaq bir çoxlarının arzusudur. Bu da sirr deyil ki, tanınmış və varlı insanlar belə evlərə daha çox üstünlük verirlər. Hətta bəzən belə evlərdə yaşamaq onlar üçün darıxdırıcı gəldiyindən sataraq daha kiçik və sadə evlərə yatırım edirlər. Bu yazıda sizi dünyanın ən bahalı villaları ilə tanış edəcəyik.
22 milyard dollarlıq sərvətə sahib "Dell Computers" - in yaradıcısı Maykl Dellanın Meksikadakı villası da belə bahalı villalardan biri hesab olunur. Onun bu villası hal-hazırda 18.5 milyon dollara satışa çıxarılıb. Əgər sizin ən azı 18 milyon dollarınız varsa və Koliforniya körfəzində belə bir villaya sahib olmaq istəyirsinizsə, onda kimə müraciət edəcəyiniz məlumdur.
Kaliforniyadakı bir digər dəbdəbəli villa tanınmış prodüsser Tomas Tallaya məxsusdur. Onun villasının sahəsi 13 hektar təşkil edir. Burda ağlınıza gələcək hər cür şərait mövcuddur. Villanın dəyəri 1.1 milyard dollar olaraq qiymətləndirilir. Amma Tomas öz villasını 85 milyon dollar kimi simvolik bir qiymətə satmaq istəyir.
Beverli Hils yaxınlığında yerləşən Cef Qrinə məxsus villa da öz görüntüsü ilə görənləri valeh etməkdədir. Cefin villasının sahəsi 10 hektar olub burada, özünəməxsus üzüm plantasiyaları da mövcuddur. O, öz villasını 129 milyon dollara satışa çıxarıb.
Formula-1 yarışının yaradıcısının qızının pulla bağlı heç bir problemi yoxdur. Onun Kaliforniyada sahib olduğu villanın qiyməti 200 milyon dollardır. Villanın satışa çıxarmasının səbəbi isə çox sadədir, yəni artıq orda yaşamaq onlara sıxıcı gəlir. Bir tərəfdən bunu başa düşmək çətin ola bilər, çünki 55000 kv metr olan villada 14 yataq otağı, 27 hamam otağı, spa salonu və gözəllik salonu mövcuddur. Yəqin xanım artıq dünyanı villaya yerləşdirə bilməyəcəyinin fərqinə vardığı üçün belə bir addım atmaq qərarına gəlib.
Başqa bir villa Amerikanın məhşur telekompaniyalarından birinin sahibi Cerri Perencioya məxsusdur. Onun varisləri bu villanı istəmədikləri üçün onu satmaq qərarındadırlar. Villanı satmaqlarının bir sıra səbəbləri mövcuddur. Beləki, ilk əvvəl villanın xərcləri heç də az deyil, ikincisi isə varislər onlarda pis xatirələr oyandıran bu evdə yaşamaqdansa onu 250 milyon dollara satmaq niyyətdindədirlər.
Nəcibə Yusifova
Mənbə: Banco.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət