Dərc edildi: Baxış sayı: 636
Dünyanın ən bahalı şirkətinin adı açıqlandı
Səudiyyə Ərəbistan “Saudi Aramco” dövlət neft şirkətinin səhmlərinin satışına start verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, satışların başlandığı an səhmlərin satışı 10% artıb və kapitallaşma səviyyəsinə görə Apple və Microsoft-u keçib. Belə ki, Saudi Aramco şirkətinin kapitallaşma səviyyəsi 1,7 trilyon dollara çatıb. Onun ən yaxın təqibçiləri olan Microsoft-un kapitallaşma səviyyəsi 1,15 trilyon dollar, Apple-da isə 1,17 trilyon dollardır.
Səudiyyə Ərəbistanına məxsus Tadawul birjası bu gündən etibarən satışlara start verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət