Siyahıda “Hermes”, “Chanel” və “Louis Vuitton” da var
“Kommersant.az” xəbər verir ki, qadınların ən sevimli aksessuarlarından biri də çantalardır. Sizə təqdim edəcəyimiz siyahıda dünyanın ən unikal və ən bahalı çantaları yer alıb. Onu da qeyd edək ki, çoxlarımızın büdcəsinə uyğun gəlməyən bu çantaların hər birindən limitli sayda istehsal olunub.
1) "Louis Vuitton" brendinin “Urban Satchel” adlı 9,3 milyon rubl (238 min 80 manat) dəyərində olan çantası 2008-ci ildə 14 ədəd buraxılıb;
2) "Chanel" brendinin “Diamond Forever” çantası, 16 milyon rubl (409 min 600 manat) qiyməti olan çanta brendin şahəsəri hesab olunur. 2007-ci ildə ağ qızıl və 334 brilliant daşı ilə işlənmiş bu çanta yaddaşlarda dərin iz qoyub;
3) "Exceptional" kolleksiyasının “Rouge H Porosus Crocodile” çantasının qiymət 118 milyon rubla (3 milyon 20 min 800 manat) yaxındır. Təmiz timsah dərisindən olan çantanın 17 detalında ağ qızıldan istifadə olunub.
4) "Hermes"in “Birkin Ginza Tanaka” adlı 117 milyon 800 min rubl (3 milyon 15 min 680 manat) dəyərindədə 2008-ci ildə ağ qızıldan işlənmiş çantası;
5) "Hermes"dən növbəti 117 milyon rublluq (2 milyon 995 min 200 manat) çanta – “Rose Gold Crocodile”. Çantanın üzərində 1160 ədəd brilliant daşından istifadə olunub;
6) "Hermes", bu dəfə 124 milyon rubl (3 milyon 174 min 400 manat) dəyərində olan “Chaine D’ancre” çantası ilə siyahıdadır. Cəmi 3 ədəd istehsal edilən çantada 33,94 karat brilliantdan istifadə edilib;
7) "Mouawad" rekorda imza ataraq 235 milyon rublluq (6 milyon 16 min manat) “1001 Nights Diamond Purse” adı altında satışa təqdim edib. Ürək formasında, 381,92 karat brilliant, 105 sarı, 56 çəhrayı almazla işlənmiş çanta rekordlar kitabına adını yazdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət