Slimfit
  1. DÜNYA

Dünyanın ən bahalı otellərində qalmaq üçün nə qədər xərc tələb olunur?

Dünyanın ən bahalı otellərində qalmaq üçün nə qədər xərc tələb olunur?
Sakura

Dünyanın ən bahalı otellərində qalmaq üçün nə qədər xərc tələb olunur?

Yəqin ki, hər kəsin səyahət edib dünyanı görmək kimi bir arzusu var. Amma təbii ki, hər kəsin lüks yerlərdə qalacaq qədər büdcəsi yoxdur. Belə yerlərə getmək hər kəsə nəsib olmasa da həmin yerlərin necə bir məkan olduğu hər kəsi maraqlandırır. Bu yazıda sizi dünyanın ən bahalı otelləri ilə tanış edəcəyik.

Hotel President Wilson

İsveçdə yerləşən bu möhtəşəm məkanın ən bahalı otağı The Royal Penthouse Suite adlanır.  Əgər özünüzü Bill Qeyts və ya Mişel Dulas kimi hiss etmək istəsəz onda bir gecə üçün 60.000 isveç frankından ya da 68.000 dollarınızdan keçməlisiniz. Təsadüfi deyil ki, adını çəkdiyimiz məhşur simalar məhz qalmaq üçün bu məkanı seçiblər. Məkanın özünəməxsus özəllikləri var, məsələn, şəxsi lift, idman sahəsi, musiqi sevənlər üçün pianosu və əlbəttə ki, Cenevrə Gölünə möhtəşəm mənzərə.  İşin müsbət tərəfi isə odur ki, bu məkan 6 nəfər üçün nəzərdə tutulub, yəni bir günlük məbləği 6 nəfər arasında bölə bilərsiniz.

Raj Palace Hotel

Bu otel isə Hindistanın Caypur əyalətində yerləşir. Otelin ən dəbdəbəli otağı The Shahi Mahal Suite adlanır. Burda qalmaq istəyən 45.000 dollarından keçməlidir. Bu suitin 6 yataq otağı, özəl kino zalı, kitabxanası və ayrıca mətbəxt personalı mövcuddur. Məkan olduqca gözəl olmaqla bərabər qədim şərq üslubunu özündə birləşdirir.

The Sky Villa

Las Veqasda yerləşən bu məkan bir çoxlarının xəyallarındakı yerdir. Günlük 40.000 dollar olan villanın xüsusi lifti, şəhər mənzərəsinə açılan spa salonu, 24 saat sizin qulluğunuzda olacaq heyəti mövcuddur.

The Burj Al Arab

Yəqin ki, bu qeyri-adi tikili haqda bir çoxlarınız məlumatlısınız və əgər söhbət bahalı otel və suitlərdən gedirsə, bu məkanı qeyd etməmək olmaz. Qeyd edək ki, burdakı təkliflər heç də digər otellərdən geri qalmır, hətta onları bir çox istiqamətlərdə üstələyir. Dubayın ən böyük və lüks otelində qalmaq istəyiniz varsa, minimum 2000 dollardan keçməyə hazır olmalısınız. Ən bahalı suiti isə 12.000 dollar təşkil edir. Üstünlük ondadır ki, burda qalası olub, bu məbləği versəniz ondaRolls-Royce, Mercedes və helicopter kimi transfer vasitələrindən istifadə imkanına nail ola bilərsiniz. Bundan əlavə siz xüsusi müştərilər üçün nəzərdə tutulmuş özəl çimərlikdən, hovuzlardan istifadə etmək şansı əldə edə bilərsiniz. Hər şey sadəcə bununla bitmir, siz həmçinin özəl bələdçi xidmətindən də istifadəyə hak qazanırsınız.

The Ty Warner Penthouse

Nyu Yorkda yerləşən Four Seasons adlı oteldəki The Ty Warner Penthouse suiti bir çox xüsusiliyi və avanqard üslubu ilə insanların diqqətini çəkir. Burda bir gecə keçirmək üçün isə sizə nə az nə çox 45.000 dollar pul lazım olacaq. Məkan Nyu Yorkun ən hündür binası olub, tikilişi 7 ilə və 50 milyon dollar başa gəlib. Suitin xüsusi incəsənət sahəsi və böyük kitabxanası var. Otelin prestijini göstərmək üçün burda Prins Corcun qonaq olduğunu demək yeqin ki, kifayət edər.

Nəcibə Yusifova

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR