Slimfit
  1. MARAQLI

Dünyanın ən bahalı dərmanları

Dünyanın ən bahalı dərmanları
Sakura

Dünyanın ən bahalı dərmanları

ABŞ-ın "Spark Terapeutiks" adlı dərman firması ömürlük korluğun müalicəsinə qarşı yeni dərman hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, "Luxturna" adı verilən dərmanın 850 min dollara satışa çıxarılacağı bildirilir.

Şirkət bildirib ki, qiymət müəyyən edərkən sığorta şirkətlərinin 1 milyon dollardan artıq səhiyyə xərclərini ödəməsi məsələsindəki narahatlığı nəzərə alınıb.

Ömürlük korğulu müalicə edəcək bu dərman inanılmaz qiymətə satılan tək dərman deyil.

Belə ki, Hollandiyada yerləşən "UniQure" adlı şirkətin istehsal etdiyi "Glybera" 1 milyon dollarlıq qiyməti ilə dünyanın ən bahalı dərmanı hesab edilir. Avropa Dərman Agentliyi tərəfindən istifadəsinə razılıq verilən bu dərmanın gen müalicəsində istifadə olunduğu bildirilir. Ancaq dərmana gözlənilən qədər tələb olmadığı üçün keçən il bazardan çıxarılıb.

ABŞ-ın "Biogen" və "Lonis Farmaceutical" şirkətlərində hazırlanan "Spinraza" adlı dərmanın bir dozası 125 min dollar satışa çıxarılıb. O da gen xəstəliyinin müalicəsində istifadə edilir. Dərmandan istifadə edənlər birinci il 750 min dollar, sonrakı illərdə 375 min dollar xərcləyir.

ABŞ-ın "Aleksion Farmaceutical" firması tərəfindən bazara çıxarılan Soliris adlı dərmanın qiyməti 750 min dollardır. ABŞ və Avropada satışına razılıq verilən dərman nadir bir böcək xəstəliyinə qarşı istifadə olunur.

İsveçin dərman firması "Novartisin" hazırladığı "Kyriah" adlı qan xərçənginə qarşı istifadə edilə bilən dərmanın dəyəri 475 min dollarıdır. Uşaq və gənclərdə qan xərçənginin gen teapiyası ilə sağalmasına kömək edən bir dəfə istifadə edilə bilən "Kyriah" da dünyanın ən bahalı dərmanlarındandır. Xəstə 1 ayda müalicəyə müsbət reaksiya verməzsə, firma dərmanın pulunu geri qaytarır.

Gülxar

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR