Slimfit
  1. AVTO VƏ MOTO

Dünyanın ən bahalı avtomobili bu il satışa çıxarılacaq

Dünyanın ən bahalı avtomobili bu il satışa çıxarılacaq
Sakura

Dünyanın ən bahalı avtomobili bu il satışa çıxarılacaq

Britaniyanın Lotus avtomobil istehsalçısı dünyanın ən güclü maşınını burxamaq niyyətindədir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Evija adı verilən yeni avtomobil “Lotus”un son 10 ildə ilk modeli olacaq. Avtomobilin dəyəri 1,7 milyon funt sterlinq qiymətləndirilir. Bu isə o deməkdir ki, dünyanın ən bahalı avtomobil modeli olacaq.

“Evija”nın istehsalına 2020-ci ilin yayında start verilməsi nəzərdə tutulur. Ümumilikdə 130 ədəd avtomobilin buraxılması planlaşdırılır.

 

Avtomobilə 1972 at gücünə sahib bir mühərrik quraşdırılacaq. 100-ə qədər sürəti yığması üçün 3 saniyədən az vaxt tələb olunur. Maksimum sürəti saatda 360 kilometr olacaq.

Yeni avtomobil karbon-keramika əyləcləri və saatda 400 kilometrə qədər sürətə davamlı Pirellinin şinləri ilə təchiz ediləcək.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR