Slimfit
  1. DÜNYA

Dünyanın ən bahalı avtomobil brendlərinin adları açıqlanıb

Dünyanın ən bahalı avtomobil brendlərinin adları açıqlanıb
Sakura

Dünyanın ən bahalı avtomobil brendlərinin adları açıqlanıb

Britaniyanın Interbrand konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin növbəti siyahısını tərtib edib.

2019-cu il reytinqində 14 avtomobil nəhəngi yer alıb. Ferrari keçən illə müqayisədə ən yüksək nəticəni göstərib, Kia isə dəyərinin 7%-ni itirib.

Nəticələrə görə, ən bahalı avtomobil brendi yenidən Toyota olub. O, 56,236 mlrd. dollar dəyərləndirilir və bu da keçən ildəkindən 5% çoxdur. İkinci və üçüncü yerləri isə müvafiq olaraq, Mercedes-Benz və BMW bölüşürlər. Belə ki, Mercedes-Benz 50,832 mlrd. dollar, BMW isə 41,440 mlrd. dollar dəyərləndirilir. Volkswagen 12,921 mlrd. dollar, Land Rover cəmi 5,855 mlrd. dollar dəyər alıb.

Best Global Brands-2019 reytinqinin qalibi Amerikanın Apple şirkəti olub və o, 234,241 mlrd. dollar dəyərləndirilir. Liderlər üçlüyünə  Google ( 167,713 mlrd. dollar) və Amazon (125,263 mlrd. dollar) da düşüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR