Dünyanın ən bahalı 10 təyyarəsi
Publika.az dünyanın ən bahalı təyyarələrinin siyahısını təqdim edir.
9. “BOEING 747-400 CUSTOM” – 220 milyon dollar
“Boeing 747-400”ün özəlləşdirilmiş versiyası. Səudiyyə Ərəbistanı şahzadəsi Əl Vəlid ibn Təlala məxsusdur.
Şahzadə 2003-cü ildə bu təyyarəni aldıqdan sonra iki lüks yataq otağı, 14 nəfərlik yemək masası və təyyarənin tam mərkəzinə taxt qoydurub. Taxt 100% qızıldan hazırlanıb. Təyyarənin konsfrans salonu da var.
8. “E-2D ADVANCED HAWKEYE” – 232 milyon dollar
Qeyri-adi görünüşə sahib olan bu hərbi təyyarə “Grumman Aircraft Company” tərəfindən istehsal edilib.
ABŞ donanmasına məxsus təyyarə bütün hava şəraitlərinə uyğundur. Təyyarə erkən xəbərdarlıq (AEW) sistemi, “APY-9” radar sistemi, bir radio paketi, sonradan əlavə edilmiş peykdən xəbərləşmə potensialı, turbo prop motorları və elektron axtarış sisteminə malikdir.
E-2D şirkətin istehsal etdiyi son kəşfiyyat məqsədli təyyarədir.
7. Boeing 747-430 Custom – 233 milyon dolar
Orijinal təyyarə, təxminən, 100 milyon dollar dəyərindədir. Ancaq təyyarənin olan sahibi Bruney sultanı onun bəzi bölmələrində qızıldan istifadə etdirib. Buna görə əlavə 133 milyon dollar xərcləyib.
Qonaq otağı, yataq otağı və hamamın hamısı qızıl və “Lalique” kristalı ilə dizayn edilib. Əlüzyuyanlar sərt qızıldan emal edilib.
6. “P-8A Poseydon” – 290 milyon dolar
“Boeing” şirkəti tərəfindən ABŞ donanması üçün istehsal edilib. Planetin ən yaxşı müdafiə təyyarələrindən biridir. Təyyarədə su bombası, “SLAM-ER” raketləri, “Harpoon” anti-gəmi raketləri kimi sursatlar var.
5. “C-17A Globemaster III” – 328 milyon dolar
“Boeing” istehsalı olan bu təyyarə ABŞ Hava Qüvvəəri üçün istehsal edilən ən böyük hərbi nəqliyyat təyyarələrindən biridir.
Strateji və taktiki hava tapşırıqları, hərbi və yükdaşıma xidmətləri, tibbi təxliyə və paraşütlə atlamaq kimi işlərdə istifadə olunur. Hazırda ABŞ Hava Qüvvələrinin xidmətindədir.
4. “F-22 Raptor” – 350 milyon dolar
5-ci nəsil qırıcı kateqoriyasında yer alan “F-22 Raptor” dünyanın ən yaxşı və ən bahalı müharibə təyyarəsi kimi qəbul edilir. Tək yerli və iki motorlu olan bu qırıcı “Lockheed Martin” tərəfındən yalnız ABŞ Hava Qüvvələri üçün istehsal edilib.
3. “Airbus A340-300 Custom” – 350-500 milyon dollar
Özəlləşdirilmiş “Airbus A340-300” Rusiyanın varlı iş adamlarından Alışər Usmanova aiddir.
Təyyarənin orijinal halı 238 milyon dollar dəyərindədir. Ancaq sahibi onun lüks dekorasiyası və texnoloji potensialı üçün əlavə xərc çəkib. Bu super-jet 375 sərnişin daşımaq gücünə malikdir.
Birbaşa 14.484 kilometr yol qət edə bilir.
2. “Airbus A380 Custom” – 500 milyon dollar
Bu da dünyanın ən bahalı özəl təyyarəsi...
Lüks təyyarədə 2 avtomobil qarajı, 1-dən çox yataq otağı, hamamlı bir otaq, konfrans salonu və “sağlam həyat tərzi” sahəsi var.
1.“B-2 Spirit Stealth Bomber” – 2.1 milyard dollar
“B-2 Spirit Stealth Bomber” indiyə qədər istehsal edilən ən bahalı təyyarədir. Təyyarə strateji bombardman, təyyarə əleyhinə və müdafiə üçün gizli texnologiyalara sahibdir. Bu müharibə təyyarəsi nüvə silahı da daşıya bilir.
“Northrop Grumman” və “Boeing” tərəfindən istehsal edilən təyyarə İraq və Əfqanıstanda geniş şəkildə istifadə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət