Slimfit
  1. MARAQLI

Dünyanın ən bahalı 10 saatı

Dünyanın ən bahalı 10 saatı
Sakura

Dünyanın ən bahalı 10 saatı

“Top Expensive” nəşri dünyanın ən bahalı qol saatlarının onluğunu açıqlayıb.

Oxu.Az həmin saatların qiymətlərini və fotoşəkillərini təqdim edir.

10. “Franck Muller Aeternitas Mega 4”

2,7 milyon dollara satılan saat ümumilikdə 1483 komponentdən ibarətdir. 1000 ili əhatə edən düzgün təqvimi var.

9. “Rolex Daytona Ref. 6263 Oyster Albino”

Qiyməti 4 milyon dollardır. “Rolex”in satdığı ən bahalı saat modelidir. Unikal dizayna malik saat cəmi dörd nüsxədə buraxılıb.

8. “Breguet Antique Number 2667”

4,5 milyon dollara satılır. 18 karatlı qızılla cilalanıb

7. “Louis Moinet Meteoris”

Qiyməti 4.8 milyon dollar təşkil edir. Qara dəridən bağları olan saat yalnız dörd nüsxədə buraxılıb.

6. “Hublot Big Bang “

“Qara kürü” dizaynında olan eleqant saat hər biri üç karat olan 1280 briliyant daşı ilə bəzədilib.

5. “Patek Philippe Ref. 1518”

Dörd nüsxədə buraxılan unikal dizayna malik saat bu yaxınlarda hərrac evində 11 milyon dollara çəkic altına gəlib. Digər nüsxələrdən fərqli olaraq bunun bağları polad materialdan hazırlanıb.

4. “Jacob & Co. Billionaire Watch” 

Adından da göründüyü kimi milyarderlərə məxsus mürəkkəb dizaynlı saatdır. Qiyməti 18 milyon dollar təşkil edir. 260 karatlı brilyantla bəzədilib.

3. “Patek Philippe Henry Graves Supercomplication”

Qiyməti 24 milyon dollardır. Hər saatın sonunda Vestminster zınqırovunun zəngini çalır. Günəşin çıxma və batma vaxtını göstərir.

2. “Graff Diamonds The Fascination”

Qiyməti 40 milyon dollar təşkil edir. 152,96 karat ağ brilyantdan və 38.13 karat adi brilyantla bəzədilib. Bağlarından kənarlaşdırılıb üzük kimi taxıla bilər.

1. “Graff Diamonds Hallucination”

Dünyanın ən bahalı saatı sayılan bu model də “Graff Diamonds” şirkətinə məxsusdur. Qiyməti 55 milyon dollardır. Platin qolbağ üzərinə yerləşdirilmiş 110 karatlı rəngli brilyant daşlardan təşkil olunub. Saatı açmaq üçün müəyyən brilyant daşını sıxmaq lazım gəlir. Bu unikal sənət əsərinin hazırlanmasına minlərlə saat vaxt sərf olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR