Dünyanın ən acı sousu - Atomic Kick Ass
Bütün bədən üzrə qıcolma və üz əzələlərinin iflici – onu yeməyə cəhd edən üçün real nəticələri. Tanış olun: Atomic Kick Ass – dünyanın ən acı sousu. Dünyanın ən acı sousunu əleyhqaz və əlcəklə hazırlayırlar.
Atomic Kick Ass sousu ilə toyuq qənədini yeməzdən əvvəl “Bindi” restoranının ziyarətçiləri nəticələrdən müəssisənin məsuliyyətini azad edən sənəd imzalatdırırlar.
Linkolnşir qraflığının Qrantem şəhərində yerləşən “Bindi” restoranının direktoru və şef-aşpazı 35 yaşlı Məhəmməd Kərimdir. O Skovillin acılılıq göstəricisinə görə 12 milyon əmsal toplamış sousa görə dünyada məşhur olub. Müqayisə üçün: polis bibər balonlarının müvafiq göstəricisi 4 milyon əmsaldır.
Sous Atomic Kick Ass adını alıb ki, mənası “nüvə atəşi”dir. Kərimin yaratdığı sousu qızardılmış toyuq qənədləri ilə verirlər.
Aşpazın dediklərinə görə sousun hazırlanması zamanı o qalın materialdan olan əlcək, həmçinin əleyhqaz taxmalıdır, çünki əks halda huşu itirmək riski ola bilər.
“Sousu dadan insanın bədənindən gərgin dalğa keçir, nəticədə qıcolma başlaya bilər və üz əzələlərinin yarım saatlıq iflici ola bilər. Biz restoran əməkdaşları üçün xüsusi təlimat vermişik: Kərim deyir ki, tibb işçiləri gələnə qədər onlar müştəriyə ilk yardım göstərməyi bacarmalıdır. Sousu sonuncu dəfə dadan bir oğlan idi. O başqan ayağa tər içində idi, üzünə vururdu, toxunma hissi yaratmağa çalışırdı, ancaq o artıq iflic olmuşdu”.
Atomic Kick Ass tərkibinə dünyanın ən acı bibərləri – “Karolina Riper” və “Moruqa Əqrəb” da daxildir. Həmçinin Kərim hazırlanma zamanı sousa 5ml xüsusi bibər ekstratı əlavə edir ki, onun da acılığı 13 milyon əmsala malikdir. Toyuq qanadları əvvəlcə manqo-tamarind sousuna batırılır.
2013-cü ildən bəri ən acı bibər “Karolina Riper” hesab olunur.
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət