Slimfit
  1. MARAQLI

Dünyanın 7 möcuzəsindən biri - Xilaskar İsa heykəli

Dünyanın 7 möcuzəsindən biri - Xilaskar İsa heykəli
Sakura

Dünyanın 7 möcuzəsindən biri - Xilaskar İsa heykəli

Dünyanın yeni yeddi möcüzəsindən biri olan Xilaskar İsa heykəli, Braziliyanın Rio de Janeiro şəhərindəki Corcovado Dağı üzərində yerləşir. Şəhərin ən əsas simvolu olan bu heykəl, 1922-ci ildə Braziliyanın yaranmasının 100-cü il şərəfinə hazırlanmağa başlamış və 12 oktyabr 1931-ci ildə rəsmi mərasimlə açılmışdır. Bu nəhəng heykəl, 30 metr hündürlüyündədir və 8 metr hündürlüyündə bir parçanın üzərində dayanır. Ümumi çəkisi 635 tondur. Tək baş hissəsi, 3,75 metr hündürlüyündə və 30 ton ağırlığındadır. Qollarının eni 28 metrdir.

Xilaskar İsa heykəli layihəsini, Heitor Silva Costa hazırlamışdır. Fransız heykəltəraş Paul Landowski isə 5 il ərzində həyata keçirmişdir. Hazırlanmasında əsas olaraq beton, üzərində örtük olaraq isə sabun daşı (talk) istifadə edilmişdir.

Hər il 1 milyona yaxın turist abidəni ziyarət edir.

Güllü Nağıyeva

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR