Slimfit
  1. DÜNYA

Dünyanın 5 ölkəsinin maliyyə inancları

Dünyanın 5 ölkəsinin maliyyə inancları
Sakura

Dünyanın 5 ölkəsinin maliyyə inancları

Skeptiklər arasında belə pul ilə əlaqəli müəyyən inanclara inanan insanlar var. Eyni anda bir neçə ölkədə aktual olan inancların sayı olduqca çoxdur. Məsələn, dörd yarpaqlı yoncanın insana uğur və maliyyə rifahını gətirməsi inancı. Dünyanın müxtəlif ölkələrində geniş yayılmış inanclara nəzər yetirək.

Filippin

Filippinlər deyirlər ki, yumurtanı sındıranda iki dənə yumurta sarısı görsəniz, yaxın zamanda mənfəət alacaqsınız. Həmçinin, evə qara qarışqanın daxil olması, cüzdanızdakı pulun artacağı deməkdir. Növbəti ildə maliyyə rifahınızın daha yaxşı olmasını istəyirsinizsə, Yeni il bayramı günü bişirdiyiniz xörəkləri masa üstündən yığışdırmağa tələsməyin.  

Filippinlər, həmçinin xal-xal naxışlı geyimin uğur gətirdiyinə də inanırlar.

Kanada

Kanadalı insanların bir çoxu “İblisin başı” adlı banknotu əldə etməyi xəyal edir. Məsələ ondandır ki, bu əsginasın üzərində kraliça Yelizaveta II təsvir olunub. Siz elə düşünə bilərsiniz ki, burada qeyri-adi heç nə yoxdur, lakin kraliçanın saç düzümünə diqqətlə baxsanız, iblisin obrazını görəcəksiniz. Təəssüf ki, bu əsginası tapmaq kifayət qədər çətindir – bank səhvini aşkar etdikdən sonra, dərhal bu eskizi dəyişdi. Qeyd etmək lazımdır ki, bu banknotlar az sayda buraxılıb, bu da onlara qarşı marağın daha da artmasına səbəb olur.

İngiltərə

İngilislər çalışırlar ki, hava Allahlarını qəzəbləndirməsinlər, ona görə də heç vaxt çətiri evin içində açmırlar. Onlar elə düşünürlər ki, evin içində çətiri açsalar, həyatlarına bədbəxtçilik gətirmiş olacaqlar.

Konservativ xalq arasında geniş yayılmış inanclardan biri də, sağsağan quşu ilə bağlıdır. Onlar üçün küçədə rastınıza çıxmış qara pişik yaxşı, sağsağan isə pis əlamətdir. Eyni zamanda çöldən tapdığınız qəpik pullar da özündə xoşbəxtliyi ehtiva edir.

Çexiya

Çexiya ərazisində yayılmış maliyyə inancları balıq qabığı ilə bağlı olmuşdur. Onlar balığın qabığını masanın üstünə düzür, cüzdanlarda gizlədirlər. Çexiyalılar inanırlar ki, balıq qabığının qoyulduğu hər yerdə pul olacaq. Bayram günlərində isə çexiyalılar masa üstünə mərcidən hazırlanmış xörəklər düzürlər. Onlar elə hesab edirlər ki, bu ritual evin sahibinə və gələn qonaqlara maliyyə rifahını gətirəcək. Digər vacib inanclardan biri də, Milad bayramında hədiyyələr bağışlamaq adətidir. İlin sonunda maliyyə xərclərdən imtina etsən, növbəti ilin gəlirli olmasını gözləmə.

Koreya

Koreyalılar yuxuda əjdaha və ya donuz görəndə çox sevinirlər. Belə ki, bu obrazlar günün uğurlu keçəcəyindən xəbər verirlər.  Çox vaxt yuxusunda əjdaha və ya donuz görmüş koreyalı, həmin gün lotereya biletini almağa və ya planladığı əməkdaşlıq əlaqələrini yaratmağa tələsir. Uğuru “sağa-sola xərcləməmək” üçün, ayağı silkələmək və ya yelləmək olmaz. Bu, pis bir əlamət sayılır.

Koreyanın bir sıra restoranlarında kassa aparatının yanında qeyri-adi bir mənzərə müşahidə edə bilərsiniz: üzərində çoxlu pul əsginası olan divar. Koreyalıların fikrincə, bu simvol müəssisəyə çoxlu müştəri və gəlir gətirir. Sizcə onlar bu əsginaslar haradan çıxırlar? Restoranın açılışının ilk həftəsində müştərilər özləri yapışdırırlar.

Maliyyə problemlərin tez bir zamanda həll olmasını istəyirsinizsə, qırmızı cüzdan alın. Əslində, bu inanc dünyanın bir çox ölkəsində aktualdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR