Slimfit
  1. MARAQLI

Dünyanın 10 ən qəribə adamı

Dünyanın 10 ən qəribə adamı
Sakura

Dünyanın 10 ən qəribə adamı

Onlar hər kəsdən, normal xüsusiyyətlərə sahib olan insanlardan fərqləniblər. Bacarıqları nə qədər qəribə olsa da, bəziləri təbiətin onlara verdiyi bu hədiyyənin gətirdiyi bədbəxtlikləri də qarşılamalı olublar. Beləliklə dünyanın ən qəribə bacarığa sahib 10 insanı.

10) Mas Oyama

1920-ci ildə doğulmuş Mas Oyama Yaponiyanın ən məşhur karate ustalarından biri idi. Həmçinin yalın əllə buğalarla döyüşmək kimi bir adəti var idi. Hətta bir gündə 52 qızğın buğa ilə döyüşdüyü görülmüşdü. O, həmin buğalardan üçünü tək zərbə ilə öldürmüşdü. Güclü enerjisini yumruqlarında cəmləyə bilən Oyama “tək vuruşla öldürüş” yapon deyiminin əsas sahiblərindən biri sayılır.

9) Mişel Lotito

Mişel Lotito az qala hər şeyi yemək və həzm etmək qabiliyyətinə sahib biri olub. Həyatı boyunca velosipedləri, alış-veriş arabalarını, televizorları və hətta 2 ilini alsa da bir “Cessna-150” təyyarəsini yeyib. Mədəsi normal insanın mədəsindən 2 dəfə qalın olan Lotito ölmədən öncə 9 ton civarında metal yeməyi bacarıb.

8) Vim Hof

Elmi bilgilərə görə, üstündə heç bir geyim olmayan normal insan 0 dərəcə hərarətdə 20 dəqiqədən artıq qalarsa həyatını itirər. Amma Vim Holf tempraturun mənfi 20 dərəcə olduğu şimal qütbündə sadəcə şort geyərək yalın ayaqlarla 5 saat 25 dəqiqə qaçmağı və həyatda qalmağı bacarıb. Hofa görə, həddindən artıq soyuq mühitdə sağ qalmasının sirri vücudundakı termostat ölçüsünü yüksəltməyi bacarmasıdır.

7) Kim Pik

Kim Pik normal insanın beynindən daha iri beyinə sahib olan və zehni problemləri olan bir meqasavantdır ( meqasavant – normaldan daha çox yaddaş qabiliyyəti olan insan). Beynindəki iki yarımkürənin arasındakı informasiya mübadiləsini təmin edən “corpus callosum” adlı bölgə inkişaf etmədiyinə görə normal sosial münasibətlər qura bilməyən Pik 2 yaşından kitab oxumağa başlayıb. O normal ölçüdə bir kitabın bir səhifəsini oxumaq üçün sadəcə bir neçə saniyəsini sərf edirdi. 2009-cü ildə ölən “canlı kitabxana” ləqəbli Pik, ölməzdən öncə həyatı boyunca oxuduğu kitabların ən kiçik ayrıntıları da daxil olmaqla 98%-ini xatırlayırdı.

6) Deyv Mullins

Yeni Zellandiyadan olan bu dalğıc qəribə bacarığı sayəsində heç bir oksigen balonundan və əlavə vasitədən istifadə etmədən suyun 108 metr dərininə dalaraq dünya rekordu qırıb. Daha sonra isə tək nəfəslə 4 dəqiqə 20 saniyə içində 244 metr dərinə gedərək rekordunu təzələyib.

5) Ben Andervud

2 yaşındaykən göz xərçəngi diaqnozu qoyulan Benin 3 yaşında olarkən artıq gözləri əməliyyatla alınmışdı. Lakin buna baxmayaraq o sanki bir yarasa kimi səslərin sayəsində görməyi bacarırdı. Səslər sayəsində cisimlərin formasını müəyyən etmə qabiliyyətini inkişaf etdirən Ben diliylə səslər çıxarır və sərbəst hərəkət edə bilirdi. Bu qabiliyyəti sayəsində hətta velosiped sürməyi belə bacarmışdı. Lakin 2 yaşındaykən gözlərini alan xərçəng ondan əl çəkməyib və Ben 16 yaşında həyatını itirib.

4) Skot Flansburq

“Hesablayıcı adam” ləqəbli Flansburq inanılmaz böyük sayların və kvadrat, kub və kökləri hesablama qabiliyyətinə sahibdir. Bu bacarığına görə 2001 və 2003-cü illərdə “Ən sürətlə hesablayan insan” adı ilə “Ginnesin rekordlar kitabı”na düşüb. NASA və digər bu kimi qurumlarda bacarığından istifadə edilən Flansburq hazırda dünyanın məşhur universitetlərində riyaziyyat və hesablama üzrə mühazirələr deməklə məşğuldur.

3) Ma Xianqanq

Bir dəfə Xianqanq xarab olmuş elektrik kabelini təmir etməyə cəhd göstərdi və qəfildən bədəninə keçən elektrikin ona heç bir zərər vermədiyini gördü. Aparılmış müşahidələr sayəsində Xianqanqın bədəninin 220 volta qədər elektrikə dözə bildiyi, hətta bədənində elektrik cərəyanı varkən əlində tutduğu lampanı yandıra bildiyi görülüb. O son illərdə bir açıqlama verərək vücudunun elektriklə daha da canlandığını deyib.

2) İsao Maçi

Normal insanın sahib olduğundan daha çox əl və göz koordinasiyasına sahib olan Maçi ona atılan hər şeyi qılıncla bölmə bacarığına sahibdir. Hətta xüsusi bir maşınla saatda 700 km sürətlə ona doğru atılan tennis toplarını bölməyi bacarıb. Bacarığını tapança ilə atılan xırda kürələri bölməklə də sübut edib. Maçinin dediyinə görə, o atılan şeylərin heç birini gözüylə müşahidə etmir və onların hərəkətini zehnində canlandırır.

1) Con Çanq

Çanq əfsanəvi bir çikonq (döyüş sənəti) ustası idi. Narahatlıqları olan insanları akupunktur (iynə ilə müalicə) sayəsində sağaltmağı bacarırdı. Daxili enerjisi çox güclü olan Çanq özü ilə əlaqədar sənədli film çəkmək istəyən hər kəsi rədd edib. Amma bir gün reportaj üçün gələn jurnalistlərdən birini sağaltmış və görüntülərin gizli qalması şərti ilə bir sıra bacarıqlarını nümayiş etdirib. Çanqın bədənindəki enerji o qədər güclü idi ki, ona toxunan jurnalistlər sanki qızmar bir dəmirə toxunurmuş kimi tez əllərini çəkirdilər. Kamera qarşısında bədənindəki enerjisindən istifadə etməklə kağız parçalarından olan qalağı yandıran Çanq bu görüntülərin bütün dünyaya yayıldığını biləndən sonra yoxa çıxıb və bir daha heç bir yerdə görünməyib.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR