Slimfit
  1. İDMAN

Dünyanın 10 ən böyük stadionu

Dünyanın 10 ən böyük stadionu
Sakura

Dünyanın 10 ən böyük stadionu

Futbolu gözəlləşdirən əsas amillərdən biri də stadionlardır. Gözəl futbol gözəl stadionda oynanılar.

Komanda.az sizə dünyanın ən böyük 10 stadionunu təqdim edir:

“Runqrado 1 May stadionu” – Şimali Koreya

Dünyanın ən böyük stadionu Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşən “Runqrado 1 May” stadionudur. Stadion 150 min nəfərlik tutuma malikdir. Dənizin dalğalarını xatırladan xarici dizaynı olan stadion, futboldan başqa, böyük tədbirlər üçün də uyğundur.

“Salt Lake” – Hindistan

Hindistanın qərbindəki Benqal əyalətində yerləşən stadion, dünyanın ən böyük ikinci arenasıdır. Bir çox kluba ev sahibliyi edən “Salt Lake”, 120 min nəfərlik tutuma malikdir. Stadion inşa edilərkən, burda olacaq hər bir azarkeş, tamaşaçı düşünülüb. Hər kəsin güvənli bir şəkildə təxliyə olunma imkanı yaradılıb. Futbolsevərlər üçün gözəl bir təcrübədir.

“Soccer Siti” – Yohannesburq, CAR

Afrika ölkələrinin mədəniyyətlərinin kəsişmə nöqtəsi olaraq dəyərləndirilən stadionda 94 min 700 insanın yerləşməsi mümkündür. Bundan başqa, bu stadion 15 minlik maşın dayanacağı, 2 min 451 nəfərlik media tribunası, 300 nəfərlik restoranı ilə insanları təəccübləndirməyi bacarır.

“Kamp Nou” – Barselona, İspaniya

99 min 300 azarkeş tutumuna malik olan stadionda “Barselona” 1957-ci ildən bu günə qədər öz ev oyunlarını keçirir. 1957-ci ildə istifadəyə verilərkən 93 min nəfərlik olan stadionda, 1982-ci ildə keçirilən dünya çempionatı üçün oturacaqların sayı 125 minə qaldırıldı. Amma 90-cı illərin sonunda yeni qaydalara görə, azarkeş tutumu 99 mindən aşağı salındı. Komandanın rəngləri ilə bəzədilən stadionun görünüşü insanı heyrətləndirir.

“Melburn Kriket Ground” – Avstraliya

Avstraliyanın ən böyük stadionu olan “Melburn Kriket Ground”, 100 min azarkeş tutumuna malikdir. Stadion tarix boyunca bir çox vacib tədbirlərə ev sahibliyi edib. 1956-cı ildə keçirilən olimpiya oyunlarından tutmuş, FİFA-nın bir çox tədbirlərinə, turnirlərinə kimi…

“Marakana” – Rio de Janeyro, Braziliya

1950-ci ildə keçirilən dünya çempionatı üçün tikilən “Marakana” stadionu, Braziliyanın Rio de Janeyro şəhərində 90 min nəfərlik qarşılaşmalara ev sahibliyi edir. Şəhərdə məhəllələr arasında yerləşən stadionun tikintisinə 11 mindən çox işçi cəlb olunub.

Şübhəsiz ki, bu stadionu məşhurlaşdıran da elə 1950-ci ildə keçirilən dünya çempionatıdır. Braziliya millisi 88-ci dəqiqədə buraxdığı qolla 1:2 hesabı ilə məğlub olmuşdu. Braziliyalı futbolsevərlər üçün acı bir xatirə daşıyan həmin oyunda “Marakana”da 199 min 854 azarkeş vardı! Həmin tarixi gündə şəhər əhalisinin 10 faizi stadionda cəmləşmişdi. Stadion 2016-cı ildəki olimpiada üçün yenidən təmir edilib.

 “Azadi” stadionu – Tehran, İran

90 min nəfərlik “Azadi” stadionu 1974-cü ildə keçirilən Asiya oyunları üçün, İranın paytaxtı Tehranda tikilib. Ümumi ərazisi 450 hektardır. Eyni zamanda, stadionun 400 avtomobil üçün bağlı, 10 minlik açıq dayanacağı var. Bu stadionda keçirilən bəzi oyunlarda azarkeş çoxluğu faciə ilə yekunlaşıb. İran və Yaponiya milliləri arasında keçirilən oyundan sonrakı izdihamda 7 nəfər ölmüşdü.

“Uembli” – İngiltərə

Bu stadion 90 min nəfərlik tutumu ilə “Nou Kamp”dan sonra Avropanın ən böyük ikinci arenasıdır. 1948-ci ildə olimpiya oyunları, 1966-cı ildə dünya çempionatı və 1985-ci ildə “Live Aid” konserti burda keçirilib. 2007-ci ildə təmir olunan stadionda, azarkeşlərdən gələn səsi artırmaq üçün xüsusi akustik yeniləmələr edilib.

“Asteka” – Meksika

“Asteka” stadionu 1966-cı ildə, müxtəlif tədbirləri keçirmək məqsədilə inşa edilib. İlk vaxtarda 115 min nəfərlik nəzərdə tutulsa da, sonradan təhlükəsizlik səbəbi ilə tutumu 100 min nəfərə qədər azaldılıb. 2016-cı ildə yenilənən stadion, VİP sektorlar daxil olmaqla, 84 min azarkeşin yerləşməsi üçün nəzərdə tutulub. Hazırda tutumu təxminən 100 min olan “Asteka”, 95 min oturacaq və 5 min otaqdan ibarətdir. Təkcə futbol oyunları deyil, konsertlər və böyük tədbirlər də burda keçirilir.

“Bukit Jalil National” – Malayziya

87 min 411 nəfərlik bu stadion, 1998-ci ildə keçirilən idman oyunlarına ev sahibliyi etmək məqsədilə 1995-ci ildə inşa edilib. Cənub-şərqi Asiyada ən böyük stadiondur. Malayziyaya səfər edəniniz olsa, bu stadiona mütləq baş çəksin, əminik, unudulmaz xatirə olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR