Slimfit
  1. DÜNYA

Dünyanı vulkan təhlükəsi bürüyə bilər

Dünyanı vulkan təhlükəsi bürüyə bilər
Sakura

Dünyanı vulkan təhlükəsi bürüyə bilər

ABŞ-ın Mayami Universitetinin alimləri iqlim dəyişikliyi nəticəsində həddindən artıq və uzun müddət davam edən yağışların vulkanların püskürməsinə səbəb ola biləcəyini bildirirlər.

Bu barədə “Nature” jurnalı yazıb.

 

Alimlər Havay adalarında yerləşən Kilauea vulkanının fəaliyyətinin səbəblərini öyrənərək bu nəticəyə gəliblər.

Mütəxəssislər zamanla Kilaueanın 1-3 kilometr dərinlikdə yerləşən qatlarının peyk müşahidələrinin nəticələrini təhlil ediblər. Məlum olub ki, şiddətli yağış zamanı vulkan püskürməsindən əvvəl məsaməli süxurlarda mayenin səviyyəsinin artması həmin süxurların məhv olmasına və maqmanın hərəkətinə səbəb olur.

Bu, yağışın vulkanik fəaliyyətin əsas mexanizmlərinə təsirinin ilk sübutudur. Bundan əvvəl yağıntının buxar püskürmələrinə və kiçik zəlzələlərə səbəb ola biləcəyi məlum idi. Tədqiqatçılar dərin süxurlarda təzyiqin artması səbəbindən dünyanın digər yerlərində vulkan püskürmələri baş verə biləcəyini qeyd edirlər.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR