Slimfit
  1. DÜNYA

Dünyanı dəyişdirəcək bir hadisəyə şahid olduq - Yeni dünyaya XOŞ GƏLDİNİZ!

Dünyanı dəyişdirəcək bir hadisəyə şahid olduq - Yeni dünyaya XOŞ GƏLDİNİZ!
Sakura

Dünyanı dəyişdirəcək bir hadisəyə şahid olduq - Yeni dünyaya XOŞ GƏLDİNİZ!

İbrahim Nəbioğlu

İlon Mask 28 avqustu 29-na bağlıyan gecə özünün ən fantastik layihəsini - insan beynini bilgisayara bağlayan "Neuralink"in prezentasiyasını keçirdi.
Gecəyarı düşündüm ki, görəsən, neçə Azərbaycan kanalı bu prezentasiyanı canlı olaraq yayımlayır, neçə xəbər portalı texnologiya tarixindəki bu "ürpərdici" elmi sıçrayış haqda material yazır və neçə bloger öz kanalında olaya yer ayırıb…
Ancaq mediamız Dünyanın maraqla gözlədiyi bu gecəyə diqqət göstərməsə də, mütərəqqi ölkələr Maskın "Neuralink" neyro-texnologiya şirkətinin hazırladığı mikroçip ilə insan beynini kompüterə birləşdirəcək texnologiyaya böyük diqqət göstərdi. Çünki, "Neuralink" hafizə itkisindən depressiya və korluğa qədər müxtəlif nevroloji problemlər, onurğa yaralanmalarına qədər bir çox tibbi problemi də çözəcək ki, bunlar da müasir insanın həyatında yeni eranın açılacağına işarədir. Bu gecə Elmin təntənəsi idi!
İnsan beyninin serebral korteksinə yerləşdirilən çip musiqi dinləmək, klaviaturaya toxunmadan düşüncə ilə yazı yazmaq kimi ağlasığmaz şeylər də edəcək. "Link" adı verilmiş çip düymə böyüklüyündə olub, qulağın arxasına yerləştirilir. Prezentasiyada Mask çipin bütün smart özəlliklərə sahib olduğunu, onun vasitəsilə, məsələn, "Tesla" avtomobilinin avto-pilotunun belə idarə olunacağını söylədi.
İnsan beyninə yerləşdiriləcək implant çip Maskın prezentasiyasında donuzlara taxılaraq göstərildi. İlon Mask beyin çipinin keçən ay meymunlar üzərində test edildiyini, ancaq insanlar üzərində ilk eksperimentin bu ilin sonunda keçiriləcəyini dedi. İnsan beyninin serebral korteksinə yerləşdiriləcək implant-çip insanla kompyuterin interfeysini quraraq, tibbdə yeni üfüqlər açacaq, daha sonrakı perspektivdə isə insanın növ olaraq təkmilləşdirilməsində istifadə olunacaq.

Beləliklə,

▪️Beyin kompyuterə bağlanır
▪️Düymə 8 mm qalınlığındadır
▪️Batareya 1 gün yetir
▪️Bluetooth ilə çalışır
▪️Beynə gedən kabellər saç telindən incədirlər
▪️Proqram təminatı internetdən yenilənir
▪️Anesteziyaya ehtiyac yoxdur
▪️İmplantı robotlar yerləşdirəcək


Gecəninin sonunda İlon Mask "Neuralink" layihəsi üçün pula ehtiyacının olmadığını, çalışacaq insan lazımdır dedi və bir e-mail adresi verərək ən ağıllı gənclərin onunla əlaqəyə girmələrini söylədi.
Prezentasiyanın sonunda donub qalmışdım, müəyyən qədər məlumatlı olsam da, gördüklərim və eşitdiklərimdən paralel dünyaya keçmişdim sanki.
Bəli, Bəşəriyyəti yeni bir gələcək gözləyir, nə qədər ürkütücü və qorxulu görünsə də, biz bu gecə Dünyanı dəyişdirəcək bir hadisəyə şahid olduq. Elmin, texnologiyaların önünü kəsmək mümkün deyil artıq, düşünən beyinlər Dünyanın çöhrəsini dəyişməyə başladılar.
Gələcək Elmlə gələcək! Gələcək çox tez gələcək! Gələcək çox gələcək!

 

Mənbə: Modern.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR