Dərc edildi: Baxış sayı: 432
Dünyadakı mərkəzi banklar iyulda 27 tondan çox qızıl alıb
Bu ilin iyul ayında dünyakı mərkəzi banklar ümumilikdə 27,1 ton qızıl alıb.
“Report” bu barədə Dünya Qızıl Şurasına (WGC) istinadən xəbər verir.
Məlumata görə, ay ərzində qızıla ən çox investisiya yatıran tənzimləyici qurumlar Türkiyə (19,4 ton), Qətər (3,1 ton) və Hindistan (2,8 ton) Mərkəzi Bankları olub.
Hazırda dünya üzrə ən çox qızıl ehtiyatları olan ölkələr ABŞ (8 133 ton), Almaniya (3 362 ton), İtaliya (2 451 ton), Fransa (2 436 ton) və Rusiyadır (2 299 ton).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət