Slimfit
  1. MARAQLI

Dünyadakı bütün böcəklər yox olsa nə olar?

Dünyadakı bütün böcəklər yox olsa nə olar?
Sakura

Dünyadakı bütün böcəklər yox olsa nə olar?

Böcəklər bir çox adam tərəfindən sevilməsə də dünyamız üçün olduqca əhəmiyyətli təsirləri var. İnanmaqda çətinlik çəksəniz belə tarakanların və ağcaqanadların belə dünyamıza faydalı olduğunu söyləyə bilərik.

Yeni bir elmi araşdırmaya görə, böcəklərin miqdarı narahatedici dərəcədə azalır və bu, önümüzdəki illərdə növlərin 40%-nin tükənməsinə yol aça bilər. Planetin böcəklər olmadan daha yaxşı bir yer olacağını düşünə bilərsiniz, ancaq gerçək budur ki, böcəklərin yox olması ekoloji xaosa səbəb olar.

Böcəklər, olduqca zərərli canlılar kimi görünür ola bilərlər, lakin ekosistemdəki əhəmiyyətləri çox böyükdür.

Qazanc məqsədi güdməyən bir ətraf mühit təşkilatı olan Earthwatch, planetdəki ən əhəmiyyətli canlı varlığın arılar olduğunu açıqlamışdı. Arıların etdiyi polen nəqliyyatı olmazsa dünyadakı əkinçilik məhsulları 30% nisbətində azalar və çiçəkli bitkilərin 90%-i yox olar.

Arılar, qida təhlükəsizliyi və bioloji müxtəlifliyin kilid nöqtəsi olmasına baxmayaraq sayları son 10 ildə 30% nisbətində azaldı və bəzi ölkələrdə yox olma həddinə çatdı. Bu növləri təhdid edən əsas faktorlar arasında isə, iqlim dəyişikliyi və kimyəvi maddələrin istifadəsi gəlir.

Ən nifrət edilən heyvanlar arasında ən çox rast gəlinən yəqin ki, tarakanlardır və bunun bir çox fərqli səbəbi ola bilər. Bu heyvanlar, xarici görünüşləri ilə yanaşı ayrıca bakteriya daşıyıcısıdır, allergiyaya səbəb olurlar. Ancaq var olan 3.500 növün yalnız 20 növü insanı narahat edən növlər olaraq bilinir.

Şəhərlərdən uzaqda yaşayan tarakanlar; kiçik məməlilər, quşlar və sürünənlər üçün bir qida mənbəyidir. Ayrıca təhliledici maddə istehlak edər və buraxdıqları nəcis, bitki böyüməsi üçün əsas bir element olan azotla zəngindir. Bu səbəbdən bu böcəklər olmadan həm heyvan, həm də bitki ekosistemində bir balans pozulması ortaya çıxar.

Antarktika xaric dünyanın az qala hər yerində həyatını davam etdirən qarışqa populyasiyasının 1.000 ilə 10.000 milyard arasında olduğu təxmin edilir, buna görə də növlərinin yox olması olduqca çətin bir ehtimaldır deyə bilərik. Ancaq bu böcəklərin olmadığı bir dünya, insanlar üçün çox böyük problemlər doğuracaq, çünki qarışqalar, xəstəliklərin yox edilməsindən torpağın havalanmasına qədər çox sayda ekoloji funksiyanı yerinə yetirir.

Ağcaqanadlar, böcək aləminin ən pis xatırlanan canlılarından biridir. Bu heyvanlar yalnız çirk və xəstəlik daşımaqla qalmır, eyni zamanda səsləri ilə yuxularımızı pozur. Bütün bunlara baxmayaraq ağcaqanadlar, insanların dünya üzərində həyatda qalmasını asanlaşdıracaq müsbət bir təsir yaradır.

Əgər ağcaqanadlar olmazsa heyvan leşlərinin istehlakı yalnız bakteriya və göbələklərə qalar və bu müddət çox daha uzun bir hal alar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR