Dünyada və regionda yumurtanın ən ucuz və ən baha satıldığı ölkələr
Hazırda region ölkələri arasında yumurtanın ən ucuz qiymətə satıldığı ölkə Qazaxıstan hesab olunur.
Yeniavaz.com-un apardığı araşdırmaya görə, region ölkələri arasında yumurta ən aşağı qiymətə Qazaxıstan və Rusiyada satılır. Qazaxıstanda yumurtanın bir ədədi 7,5 sentə, Rusiyada isə 9,1 sentə satılır.
Region ölkələri arasında Qazaxıstan və Rusiyadan sonra yumurta ən ucuz qiymətə Azərbaycanda satılır. Azərbaycanda bir ədəd yumurtanın orta qiyməti hazırda 9,2 sentə (16 qəpik) bərabərdir.
Bundan başqa region ölkələrindən Moldovada yumurtanın orta qiyməti 9,3 sentə, Ukraynada 9,7 sentə, Belarusda 9,8 sentı, Gürcüstanda 10 sentə, Ermənistanda 13,2 sentə, Türkiyədə 13,6 sentə, İranda isə 14,6 sentə bərabər olub.
Məlumat üçün qeyd edək ki, hazırda dünyada yumurtanın ən ucuz satıldığı ölkələrin siyahısına Pakistan (5,8 sent) və Hindistan (7,3 sent) başçılıq edir.
Yumurtanın ən baha satıldığı ölkələrin siyahısında isə ilk sıranı İsveçrə (45,3 sent) və İslandiya (40,6 sent) tutur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət