Slimfit
  1. DÜNYA

Dünyada süni mayalanma ilə dünyaya gələn ilk insan: “Mənə qeyri-adi adam kimi baxırlar”

Dünyada süni mayalanma ilə dünyaya gələn ilk insan: “Mənə qeyri-adi adam kimi baxırlar”
Sakura

Dünyada süni mayalanma ilə dünyaya gələn ilk insan: “Mənə qeyri-adi adam kimi baxırlar”

Süni mayalanma üsulu ilə dünyaya gələn ilk insan Luis Braun artıq 41 yaşını qeyd edir. Yaşı ərəfəsində Türkiyənin NTV kanalında qonaq olan Luis Braun, uşaqlığından bəhs edib və insanlarda maraq doğuran sualları cavablandırıb.  Onun sözlərinə görə, uşaqlıq illərində onun fərqli üsulla doğulduğunu bilən dostları onu qeyri-adi insan kimi görürmüş. Braunun bacısı da onunla eyni taleni yaşayıb.
 
Medicina.az həmin müsahibəni təqdim edir:
 
   - Həyatın necə davam edir ? Fərqli bir hadisə yaşamısan ?
- Əslində hər kəsin həyatı kimi mənim həyatım da normaldır, amma media marağında olduğum üçün tez-tez pediatriya sahəsində tədbirlərə, televerilişlərə dəvət alıram. Hətta yolda gedərkən mənimlə şəkil çəkdirmək üçün yaxınlaşanlar belə olur. İnsanlar tərəfindən diqqət görmək, sevilmək bu çox gözəldir. Uşaq olduğumda hər zaman anamdan soruşardım: "Mən normal böyüyəcəm? Fiziki quruluşumda hər hansısa bir fərqlilik ola bilərmi?". Çünki xəbəri eşitdiyim ilk gündən çox narahat idim.
Anam və atam məktəbə başlamazdan əvvəl məni qarşılarına qoyaraq, sadəcə fərqli doğulduğumu dedilər və həqiqətən də fərqliliyimin sadəcə bunda olduğunu bildirdilər. Ondan sonra çox rahatlaşdım və həyatıma davam etdim.
 
-  Yəni siz tamamilə normalsız? (Zarafatla)
- Əlbəttə.. ( Gülür )
Özümdə fiziki və ya bioloji heç bir fərqlilik görmürəm.
 
   - Ailəniz süni mayalanma ilə övlad sahibi olmaq qərarına necə gəliblər?
- Ailəm uzun illər övlad sahibi ola bilməyiblər və 9-cu ilin sonunda həkimə müraciət ediblər. Daha əvvəlki sınaqlardan xəbərdar imişlər və onlarda süni mayalanma ilə bağlı sınaqda iştirak etməyə qərar veriblər.
 
   - Bacınızın da süni mayalanma üsulu ilə doğulduğunu qeyd etmişdiniz, elədir?
- Bəli, o, dünyada süni mayalanma ilə doğulan 40-cı uşaqdır. Məndən 4 il sonra doğulub.
 
    - Süni mayalanma üsulu ilə doğulduğunuzdan ilk dəfə nə zaman xəbərdar oldunuz?
- 4 yaşım var idi və yaşadığımız ərazi kiçik idi. Hamı mənim süni mayalanma üsulu ilə doğulduğumu bilirdi. Ailəm də mən məktəbə başlamadan əvvəl bunu bilməyimi istəyiblər. Və beləcə 4-cü yaş günümdə bunu mənə dedilər.
 
   - Dostlarınız və başqa uşaqlar bunu biləndə sizi necə qarşıladılar?
- Heç bir əks münasibət göstərmədilər. Sadəcə mənə daha üstün biriymişəm kimi baxırdılar. ( Gülür) Dostlarım isə hər zaman yanımda oldu, bir yerdə böyüdük.
 
 
 
  -  Dərsliklərdə, kitablarda adın keçir buna görə. Hansı hissləri keçirirsən?
- Mənə "Kitablarda şəkillərini gördük " deyə mesaj atanlar olub, onlar bu gündə hər hansı bir kitabda mənim şəklimi görən kimi kitabın ya şəklini çəkib atırlar, ya da o kitabın eynisini tapıb, alıb mənə hədiyyə edirlər.
 
  -  2 övladınız var. Onlar da bu üsulla dünyaya gəlib?
- Xeyr. Övladlarım normal halda doğulublar və onlar da sağlandırlar.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR