Dünyada sadəcə 6 ölkədə qadınlara kişilərlə bərabər iş hüquqları verilib
“Əgər siz qadınsınızsa və kişilərlə bərabər imkanlarla çalışmaq istəyirsinizsə, o zaman Belçika, Danimarka Fransa, Latviya, Lüksemburq və ya İsveçdə özünüzə yer axtarmalısınız”.
Böyük Britaniyanın “The Guardian” qəzeti Dünya Bankının bununla bağlı hesabatını dərc edib.
Bu həftə öncə gün işığına çıxan sənədə görə, dünyanın 187 ölkəsində araşdırma aparılıb. Buna görə, 10 il əvvəl qadın və kişilər heç də bərabər əmək haqlarına sahib olmayıblar.
Hesabatda qadınların iqtisadi qərarına təsir göstərən 8 bənd nəzərə alınıb. Burada hərəkət azadlığından tutmuş pensiyaya çıxmağa qədər bütün məsələlər gözdən keçirilib. Yalnız yuxarıda adları çəkilən 6 ölkə müəyyən olunan parametrlər üzrə “əla” qymətini alıb.
Qadınların ən yüksək gəlir əldə etdiyi 26 ölkədən 9-u Avropada yerləşir.
Cənubi Asiya isə zərif cinsin nümayəndələrinin işçi hüquqlarının yüksəldiyi bölgə kimi qeyd edilib.
Ənənəvi olaraq Yaxın Şərq və Şimali Afrika bu məsələdə ən ləng prosesin getdiyi regionlar olaraq göstərilib.
Mənbə: Musavat.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət