Dünyada robotlaşmanın zirvədə olduğu 10 ölkə
Elmi-texniki tərəqqi sayəsində bu gün robototexnikanın inkişafı və sənaye sahələrinin robotlaşdırılması yüksək sürətlə davam edir. Hazırda dünyanın qabaqcıl ölkələri milli robototexnikanın inkişafı proqramlarını hazırlamağa başlayıblar.
Odur ki, bugünkü məqaləmizdə dünyanın robotlaşdırlma göstəricisinə görə qabaqcıl ölkələrini araşdırmışıq. Qeyd edək ki, dünya üzrə qəbul edilmiş meyara əsasən sənayedə çalışan hər 10 min işçinin payına düşən robotların orta sayı robot sıxlığını təşkil edir. Beynəlxalq Robot Federasiyasının (BRF) məlumatına görə, 2016 – cı ildən sonra istehsal sənayesində robot sıxlığı üzrə artım müşahidə olunmuşdur. Bu o deməkdir ki, hər il daha çox ölkə sənayenin robotlaşdırılmasına çalışır.
Məlumata görə, ötən il dünyanın 10 ən robotlaşdırılmış ölkəsi siyahısına aşağıdakı ölkələr daxil olub.
Ölkə |
Robot sıxlığı |
Koreya Respublikası |
631 |
Sinqapur |
488 |
Almaniya |
309 |
Yaponiya |
303 |
İsveç |
223 |
Danimarka |
221 |
Birləşmiş Krallıq |
189 |
İtaliya |
185 |
Belçika |
184 |
Tayvan |
177 |
Siyahıdan da göründüyü kimi bu gün dünyanın ən robotlaşdırılmış ölkəsi Koreya Respublikasıdır. Cənubi Koreya olaraq da tanınan Koreya Respublikası dünya üzrə robotlardan istifadə ortalamasını səkkiz dəfəyə qədər üstələyir. Burada robot sıxlığı 631-dir, yəni hər 10 min sənaye işçisinin payına orta hesabla 631 robot düşür.
Ölkədə robotlar 2010 – cu ildən bəri əsasən istehsal sənayesində istifadə edilir. Artım xüsusilə elektronika və avtomobil sənayesində avtomatlaşdırma rejiminin gücləndirilməsinin nəticəsi olaraq meydana çıxmışdır.
2016 – cı ildə Cənubi Koreyanın ticarət naziri qarşıdakı 5 il ərzində robotlaşmaya 450 milyon dollar yatırım edəcəklərini açıqlamışdı.
Robot sıxlığına görə dünya üzrə ikinci yerdə olan Sinqapurda isə robotların təqribən 90 faizi elektronika sənayesində istifadə edilir. Ölkədə sənayenin digər sahələrində, məsələn səhiyyə, tikinti və müxtəlif xidmət sektorlarında da robotlaşmanı müşahidə etmək mümkündür.
Avropanın ən çox robotlaşdırılmış ölkəsi isə Almaniyadır və ölkə siyahının 3-cü pilləsində qərarlaşıb. 2020- ci ilə qədər Almaniya robot sıxılığının sənayedə robotlara artan tələbatı nəzərə alaraq ildə orta hesabla ən az 5 faiz artacağı proqnozlaşdırır.
2016 – cı ildə 153 000 ədəd robot istehsalı ilə dünyanın ən nüfuzlu sənaye robotları istehsal edən ölkəsi Yaponiya isə dünya robot tədarükünün 52 faizini təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət