Dərc edildi: Baxış sayı: 476
Dünyada qəhvə kəskin bahalaşdı
Latın Amerikasında istehsalın azalması səbəbindən son həftələrdə qəhvənin dəyəri 25% -dən çox artıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunur ki, ICE London qitələrarası birjasında fyuçerslərin qiyməti 1 funt üçün 1 173 dollara yüksəlib. Belə ki, əvvəlki qiymət 93 sent təşkil edirdi.
Məlumata görə, son iki həftə ərzində anbarlarda qəhvə ehtiyatları, demək olar ki, 78 min kisə azalıb.
Mütəxəssislər hesab edirlər ki, dünyada kofe istehsal edən üçüncü ən böyük ölkə olan Hondurasda məhsul yığımının yavaşlaması ilk növbədə quru hava ilə əlaqədardır. “Maxaq” konsaltinq şirkətinin məlumatına görə, quraqlıq Braziliya və Peruda da yaşanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət