Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dünyada oturaq həyat tərzi keçirənlərin sayı çoxalıb

Dünyada oturaq həyat tərzi keçirənlərin sayı çoxalıb
Sakura

Dünyada oturaq həyat tərzi keçirənlərin sayı çoxalıb

Dünyada hər üç qadından biri və hər dördüncü kişi oturaq həyat tərzi sürür ki, bu da piylənmə və digər ciddi xəstəliklərlə nəticələnir. Dünya Səhiyyə Təşkilatı (DST) artıq bu barədə həyəcan təbili çalır. Onlar hər kəsi üzgüçülük, qaçış, piyada gəzmək, velosiped sürmək və digər idman növləri ilə məşğul olmağa çağırırlar.

Sputnik Azərbaycan BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, Lanset jurnalında DST-nin bu istiqamətdə apardığı yeni araşdırmaların nəticələri nəşr olunub. Məqaləyə əsasən oturaq həyat tərzi ürək xəstəliyi, iflic, şəkərli diabet, hətta döş və digər orqanların xərçəngi ilə nəticələnə bilər. Mütəxəssislərin fikrincə idman normal çəkini qorumaqla yanaşı, zehni artırmağa və demensiyanın yaranmasının qarşısını almağa kömək edir.

DST-nin həkim və beynəlxalq ekspertləri mütəmadi olaraq fiziki fəaliyyətin əhəmiyyətini xatırladırlar. Lakin bildirilir ki, son on il ərzində

bu istiqamətdə nəzərəçarpacaq bir düzəliş yoxdur. İndiyədək orta hesabla dünyada yetkin əhalinin dörddəbiri belə tibbi tövsiyələri yerinə yetirmir. Dünya əhalisi arasında əsasən qadınlar və yaşlıların öz sağlamlıqlarının qeydinə qalmaları üçün şərait yoxdur.

Hesabatda müxtəlif ölkələr və bölgələr üzrə məlumatlar təqdim edilib. Bəlli olub ki, dünya üzrə ən passiv həyat tərzi keçirənlərin əksəriyyəti Küveyt, Samoa, Səudiyyə Ərəbistanı və İraq vətəndaşlarıdır. ABŞ-da əhalinin 40, İngiltərədə 36, Rusiyada isə 17 faizi oturaq həyat tərzi sürür. Ukraynada və Özbəkistanda bu göstərici 19, Belarus və Qırğızıstanda 14 faizdir. Postsovet ölkələri əhalisi arasında ən çox oturaq həyat tərzinin Qazaxıstanda olduğu müəyyən edilib (27,5 faiz). Dünya üzrə ən yaxşı göstərici Uqanda və Mozambikdədir ki, bu da altı faizdir.

Ümumiyyətlə, müəyyən edilib ki, dünyadakı hər üç qadından biri və hər dördüncü kişi həkimlərin tövsiyələrini yerinə yetirmir. Tibb işçilərinin məsləhətlərinə görə hər yetişkin insan həftədə 150 dəqiqə adi fiziki hərəkətlər yerinə yetirməli, 75 dəqiqə isə intensiv qaydada idmanla məşğul olmalıdır.

Qeyd edək ki, hesabat 18 yaşdan yuxarı insanlar arasında sorğu əsasında hazırlanıb.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR