Slimfit
  1. İQTİSADİYYAT

Dünyada ödənilən dividendlərin həcmi son 8 ilin minimumuna düşüb

Dünyada ödənilən dividendlərin həcmi son 8 ilin minimumuna düşüb
Sakura

Dünyada ödənilən dividendlərin həcmi son 8 ilin minimumuna düşüb

Cari ilin ikinci rübündə dünya boyu ödənilən dividendlərin ümumi həcmi 382 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən sonra ən aşağı həddir.

Report” FT-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın “Janus Henderson” sərmayə şirkətinin hesablamalarına görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən dividendlərin həcmi 108 milyard dollar, yəni 22 faiz azalıb ki, bu da sözügedən hesablamaların aparıldığı 2009-cu ildən etibarən ən kəskin azalmadır. Həmin azalma koronavirus pandemiyası üzündən dünya boyu satışların və deməli, mənfəətlərin xeyli azalması nəticəsində meydana gəlib.

Yalnız dividendləri azaltmamaq imkanına malik Kanada şirkətləri bu baxımdan müsbət mənada istisna təşkil edib. Əksinə, Avropa daha çox zərərçəkən region oldu. Belə ki, Fransada şirkətlər 2019-cu ilin ikinci rübündə ödədikləri 38,4 milyard dollarlıq dividendə qarşı cari ilin müvafiq dövründə cəmi 13,3 milyard dollar, Böyük Britaniyada isə müvafiq olaraq 34 milyard və 15,6 milyard dollar dividend ödəyiblər.

Orta ssenariyə görə, 2020-ci ildə dividendlərin ümumi həcmi 19 faiz, bədbin ssenariyə görə, 20 faiz azalacağı bildirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR