Slimfit
  1. MARAQLI

Dünyada nə qədər qızıl var?

Dünyada nə qədər qızıl var?
Sakura

Dünyadakı bütün qızılların həcmi hesablanıb

Əgər yer üzündə indiyədək hasil olunmuş bütün qızıllar əridilsə, təxminən 21 metr uzunluğunda bir kub alınar. Bu cür hesablama Ümumdünya Qızıl Şurası tərəfindən aparılıb.

Ens.az xəbər verir ki, şuranın məlumatına görə, 2017-ci ilin sonuna olan məluma belədir ki, dünyada hasil edilən qızılın ümumi kütləsinin 190 040 ton təşkil etdiyini göstərib. Yeni istehsal hər il əlavə 2,5-3 min ton gətirir.

Sözügedən təşkilatın analitiklərinin fikrincə, bəşər tarixində hasil edilən qızılın üçdə ikisi 1950-ci ildən sonra çıxarılıb. Qızıl ehtiyatlarının təxminən yarısı zərgərlik məmulatlarının hazırlanmasına sərf olunur (47,7 faiz).

Qalan yeraltı ehtiyatlar isə 54 min ton həcmində qiymətləndirilir. Son illərdə qızıl hasilatı artmaqdadır, lakin mütəxəssislər bunun yaxın 8-10 ildə yavaşlayacağını proqnozlaşdırırlar.

Dünyada hasil edilən bütün qızılların hesablanması ilk dəfə deyil. 2012-ci ildə amerikalı investor Varren Buffett dünyanın bütün qızıllarını əridərsinizsə, 20 metrlik kub yaranacağını söyləmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR