Slimfit
  1. DÜNYA

Dünyada keçirilən ən qəribə adətlər

Dünyada keçirilən ən qəribə adətlər
Sakura

Dünyada keçirilən ən qəribə adətlər

Dünyanın müxtəlif yerlərində bir-birindən çox fərqli və qəribə adətlər mövcuddur. Başqaları tərəfindən mənasız və ya qorxuducu olaraq görülən bu adətlər yerli mədəniyyətin bir parçasına çevrilib.

Metbuat.az dünyada keçirilən ən qəribə adətləri təqdim edir:

Venesuella və Brazilya ərazisində yaşayan Yanomami qəbiləsinin özünəməxsus bir adətləri var. Ölülərini yandıran Yanomami qəbiləsi daha sonra bu ölülərə aid külləri şorbanın içinə əlavə edirlər. Yanomamilər bu şorbanı içdikdə ölülərinin ruhunun öz bədənlərinə keçdiyinə inanır. Bu şorba ölən adamın ən sevdikləri tərəfindən içilməlidir.

Afrikanın cənubunda yerləşən ada ölkəsi Madagaskarda olduqca qəribə bir adət vardır. Ölkənin hər yerində keçirilən bu adətdə insanlar ölmüş ailə böyüklərinin cənazələrini məzarlarından çıxarıb, yeni geyimlər geydirərək təşkil edilmiş bir mərasimdə rəqs etdirirlər. Bu adət hər yeddi ildən bir təşkil olunur.

Dünyada ən çox mübahisəyə səbəb olan və tük ürpədən ənənələrdən biri Hindistanda gerçəkləşdirilən bir ritualdır. Dekabr ayının ilk həftəsində həyata keçirilən bu mərasimdə körpə valideynləri tərəfindən müqəddəs məbədin yuxarısından aşağıya atılır. Bərəkət və rifah gətirəcəyi inanılan mərasim əsnasında təhlükəsizlik tədbirləri görülsə də Karnataka əyalətindəki 500 illik bu ənənə böyük mübahisələrə səbəb olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR