Slimfit
  1. DÜNYA

Dünyada ilkə imza ataraq tarixə düşdü

Dünyada ilkə imza ataraq tarixə düşdü
Sakura

Dünyada ilkə imza ataraq tarixə düşdü

İsveçrəli paraşütçü dünyada ilk dəfə olaraq günəş enerjisi ilə işləyən bir təyyarədən tullanıb.

Ens.az Sonxeber.az-a istinadən xəbər verir ki, İsveçrəli Rafael Domjan, günəş enerjisi ilə işləyən "Solarstratos" adlı təyyarədən paraşütlə tullanaraq, bu sahədə dünyada bir ilki həyata keçirib.

Yalnız günəş enerjisi ilə işləyən "Solarstratos" sınaq təyyarəsi yerli vaxtla saat 07.40-da İsveçrənin Vaud şəhərinin Payerne hava limanından havaya qalxıb.

Domjan, 2 nəfərlik təyyarə ilə 1520 metr yüksəkliyə çatanda sərbəst tullanma hərəkətini edərək saatda 150 kilometr sürətə çatan paraşütçü Payernedəki bazanın yaxınlığına etibarlı şəkildə eniş edib

Domjanın sözçüsü Bernard Schofer yazılı açıqlamasında, idmançısının günəş enerjisi ilə işləyən böyük qanadları olan təyyarədən dünyada ilk dəfə olaraq sərbəst tullandığını söyləyib. Bernard Schopfer, Raphael Domjan bu atlayışı ilə Günəş enerjisi və elektrik hərəkətliliyinin potensialını göstərmək istəyirik.

Bu kimi təyyarələr və avtomobilər gələcək nəsillər üçün bir ümid mesajıdır. Domjanın komandası, 2022-ci ildə yalnız günəş enerjisi ilə işləyən təyyarələrdən istifadə edərək 20 min metr yüksəkliyə qalxaraq stratosferə çatmağı hədəfləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR