Slimfit
  1. AZƏRBAYCAN

Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub

Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub
Sakura

Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub

Dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomu oxunub.

Trend-in məlumatına görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Göyçay şəhərində keçirilən “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.

 

Akademik bildirib ki, dünyada ilk dəfə olaraq alimlərimiz “Azərbaycan gülöyşəsi” nar sortunun genomunu oxuyub və genom məlumatlar ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən qeydə alınıb.

Alim onu da vurğulayıb ki, ilk dəfə olaraq AMEA və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə əməkdaşlığı nəticəsində Azərbaycanın 10-dan çox rayonunda nar bitkisinin yerli xalq seleksiyası sortlarının koordinatları xəritələşdirilib: "Narın respublika üzrə yayılması GIS sistemi ilə öyrənilərək bioekologiyası təhlil edilib, kolleksiyalarda olan nar sort və formalarının müasir üsullarla genetik müxtəlifliyi tədqiq edilərək genetik pasportlaşdırılıb".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR