Dərc edildi: Baxış sayı: 590
Dünyada ilk “5G” kinoteatr istifadəyə verilib
Norveçin “Telia” mobil rabitə operatoru Osloda “Odeon” kino mərkəzi ilə birgə “5G” şəbəkəsi vasitəsilə ekrana ötürülən filmləri izləmək üçün ilk kinoteatr istifadəyə verib. Bu, dünyada bir ilkdir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Telia” operatoru yayım üçün videofaylların ötürülmə sürətini 2,2 Qbit/saniyəyə çatdırıb ki, bu da adi “4G” şəbəkələrinin buraxılış qabiliyyətindən 20 dəfə yüksəkdir.
“4G” şəbəkəsi 720p təsvir ölçülü çarxların yayımı üçün kifayət edir. 4K formatlı filmlərin yayımı üçün kinoteatrlara ya genişzolaqlı internet, ya da yüksək ötürmə sürətinə malik sistemlər, məsələn, “5G” şəbəkəsi lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət