Slimfit
  1. İQTİSADİYYAT

Dünyada ərzaq qiymətləri bahalaşdı

Dünyada ərzaq qiymətləri bahalaşdı
Sakura

Dünyada ərzaq qiymətləri bahalaşdı

Qlobal ərzaq qiymətləri istilik dalğaları və tədarük məhdudiyyətləri fonunda artıb.

Ens.az Cebhe.az-a istinadən xəbər verir ki,  bu barədə "Bloomberg" Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına istinadən yazıb.

Sənədə əsasən, iyul ayında ərzaq qiymətləri indeksi 1,3 faiz artıb.

Bildirilib ki, qiymətlərin bahalaşmasına dünyada tədarük problemləri təsir edib.

İyul ayında Rusiya Ukraynadan bazarlara milyonlarla ton taxıl gətirən taxıl müqaviləsindən çıxdı. Daha sonra ən böyük düyü ixracatçısı Hindistan daxili bazarda qiymətləri aşağı salmaq üçün bu əsas məhsulun bəzi növlərinin ixracına qadağa qoyub.

Dünyadakı ərzaq qiymətlərinə, həmçinin Çin və Cənubi Avropada məhsul yığımına təsir edən ekstremal hava şəraiti səbəb olub.

Əlavə edək ki, Hindistanın düyü ixracına qadağa qoymasından sonra Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) düyü indeksi 2011-ci ildən bəri rekord həddə çatıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR