Slimfit
  1. MARAQLI

Dünyada ən yüksək məvacib bu ölkələrdədir

Dünyada ən yüksək məvacib bu ölkələrdədir
Sakura

Dünyada ən yüksək məvacib bu ölkələrdədir

Xaricdə təhsil almaqla yanaşı, fərqli bir ölkədə çalışmaq və yeni bir ölkəyə köçmək də son zamanlar gənclərin xüsusi marağına səbəb olur. Bundan başqa, gələcəkdə daha parlaq bir karyeraya sahib olmaq istəyən şəxslər xaricdəki iş imkanlarını, maaş durumlarını və sosial statuslarını ölkələrə görə müqayisə edərək dəyərləndirirlər.

İqtisadi İnkişaf və İş Birliyi Təşkilatı hər il ölkələrin iqtisadi vəziyyəti, xalqın rifah səviyyəsi və sosial inkişafla bağlı araşdırmalar, hesabatlar hazırlayır. Bu sənədin üst sıralarında yer alan ölkələr, işçilərinin azadlıq haqları da başda olmaq üzrə hər cür maddi və sosial imkanlarını nəzərə alaraq gözəl imkanlar yaradırlar. Bu sistemdə çalışanların maaşları da qaneedici səviyyədə olur. Son olaraq həyata keçirilən araşdırmaya görə, ən yüksək məvaciblər çalışanların olduğu ölkələrin siyahısı aşağıdakı kimi müəyyənləşib. Musavat.com həmin siyahını təqdim edir:

Fransa

Yüksək məvacib standartları ilə yanaşı, çalışma saatlarınn da çox önəmli olduğunu diqqətə çatdırmaq lazımdır. Yəni, az çalışıb, çox para qazandıran ölkələr və işlər, bu siyahıda ən üst sıralarda yer alır.

Fransa təxminən 29 min dollarla illik məvacib gəliri ən yüksək olan ölkələr arasında yer alır. Bundan başqa, iş saatları da dünya standartlarından aşağıdadır.

İsveç

Skandinaviya ölkələrində yaşayış səviyyəsinin, iqtisadi şərtlərin yüksək olduğunu təkrarlamağa ehtiyac yoxdur. Bu ölkələr arasında İsveçin ayrı bir yeri var. İsveçdə illik orta gəlir 30 min dollar səviyyəsindədir.

Kanada

Təhsil və səhiyyə xidmətlərinin pulsuz olduğu Kanadada bir işçi orta hesabla ildə 31 min dollar qazanır. Həftəlik iş saatları da təxminən 36 saatdır.

Avstriya

Dünyanın ən böyük 12-ci iqtisadiyyatına sahib olan bu ölkədə illik maaş orta hesabla 32 min dollardır.

Almaniya

Sənaye nəhəngi Almaniya iqtisadiyyatı çox güclü olan ölkələrdəndir. Orada illik orta gəlir 32 min dolları keçə bilir.

İsveçrə

Sahib olduğu şərtlərlə “utopik” bir ölkə olmağa doğru gedən İsveçrədə illik maaş orta hesabla 36 min dollar qədər qalxa bilir.

Norveç

Şimalın bu kiçik ölkəsində çalışanlar həyatından adəti üzrə razı olurlar. 34 min dollarlıq gəlir bunu göstərir.

Lüksemburq

Avropanın iqtisadi və maliyyə paytatı olan Lüksemburqda ildə orta hesabla 39 min dollar qazana bilərsiniz.

Amerika Birləşmiş Ştatları

Dünya nəhəngi Amerikada işçilərin illik maaşı 42 min dollar səviyyəsindədir.

Avstraliya

İllik 32 min dollarlıq gəliri və buna əlavə olaraq müxtlif mükafat və əlavə məvaci sistemi ilə ildə bu rəqəmdən daha artığını da qazana bilirsiniz.

 

Mənbə: Minval.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR