Slimfit
  1. TEXNOLOGİYA

Dünyada ən sürətli superkompüter hazırlanır

Dünyada ən sürətli superkompüter hazırlanır
Sakura

Dünyada ən sürətli superkompüter hazırlanır

“AMD” şirkəti dünyada ən sürətli superkompüter hazırlanması üzərində işlərə başlayıb. “Frontier” adlı sistem “Cray” server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və “Oak Ridge” Milli Laboratoriyası tərəfindən birgə işlənib hazırlanır.

ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Frontier” superkompüterinin gözlənilən məhsuldarlığı 1,5 ekzaflops təşkil edir. Bu o deməkdir ki, superkompüter bir saniyə ərzində təxminən 1 500 000 000 000 000 000 əməliyyat emal edə biləcək. Məhsuldar hesablamalar və süni intellekt üçün optimallaşdırılmış “AMD EPYC” sifarişli prosessorları və “Radeon Instinct” ixtisaslaşdırılmış qrafik prosessorları istifadə olunacaq.

“Frontier” superkompüterini 2021-ci ildə istifadəyə vermək planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR