Slimfit
  1. DÜNYA

Dünyada ən məşhur brilyantlardan biri satışa çıxarılacaq

Dünyada ən məşhur brilyantlardan biri satışa çıxarılacaq
Sakura

Dünyada ən məşhur brilyantlardan biri satışa çıxarılacaq

 

Dünyada ən məşhur brilyantlardan biri – 14,83 karatlıq “Qızılgül ətri” brilyantı “Alrosa” almazçıxarma şirkəti tərəfindən bu ilin noyabrında satışa çıxarılacaq. AZƏRTAC  xəbər verir ki, bu məlumatı Bloomberg agentliyinə şirkətin nümayəndəsi verib.

Bor və azot elementlərinin qarışığından yaranan rəngli brilyantlar dünya almaz bazarında ən bahalı hesab olunur. Məhz çəhrayı və qırmızı rəngli brilyantlar daha çox alıcı cəlb edir. “Fancy Color Research” fondunun idarə heyətinin sədri, ekspert İden Raçminovun sözlərinə görə, “Qızılgül ətri” brilyantı tarixdə ən bahalı çəhrayı daş ola bilər. Onun sözlərinə görə, qiymətli daşın dəyəri 60-65 milyon dollar arasındadır.

“Alrosa” şirkətindən brilyantın hansı qiymətə satışa çıxarılacağına bildirməsələr də, qeyd ediblər ki, “Qızılgül ətri” Rusiyada cilalanmış ən bahalı daş olacaq. Hərracın keçirilməsi üzrə təşkilati məsələlər isə gələn ay həll olunacaq.

Bildirilir ki, ən bahalı və 59,6 karat çəkisi olan qiymətli daş 2017-ci ildə Sotbi hərracında 71 milyon dollara satılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR