Slimfit
  1. İQTİSADİYYAT

Dünyada ən çox yayılmış etibarsız parolların siyahısı açıqlanıb

Dünyada ən çox yayılmış etibarsız parolların siyahısı açıqlanıb
Sakura

Dünyada ən çox yayılmış etibarsız parolların siyahısı açıqlanıb

"NordPass" şifrə meneceri dünyada ən çox yayılmış etibarsız parolların siyahısını dərc edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, şirkətin saytı tədqiqatçılarının sızmalardan və boşluqlardan sonra əldə edilən 500 milyon parola əsasən nəticə əldə etdiklərini bildirib.

Qeyd olunur ki, istifadəçilər çox vaxt rəqəmlərdən ibarət şifrələrdən - məsələn "12345", "11111" və ya "123321" kimi kombinasiyalardan istifadə edirlər.

Səkkiz yüz mindən çox istifadəçi klaviaturadakı ardıcıl hərflərin kodunu - "qwerty" və ya "asdfgh" istifadə edir.

Bundan əlavə, qadın adları ilə olan parollar ("Nicole", "Jessica" və "Hannah") populyarlaşıb.

Yüz mindən çox insan "princess" (şahzadə), "iloveyou" (səni sevirəm), "test" (test) sözlərindən istifadə edir.

"NordPass" ekspertləri qeyd edirlər ki, istifadəçilər şifrəni unutmaqdan çəkindiklərindən asan seçimlərə əl atırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR