Slimfit
  1. DÜNYA

Dünyada ən çox bu ölkələr enerjidən istifadə edir

Dünyada ən çox bu ölkələr enerjidən istifadə edir
Sakura

Dünyada ən çox bu ölkələr enerjidən istifadə edir

“British Petroleum” (BP) şirkəti 2019 Dünya Enerji Statistikası Hesabatını açıqlayıb.

Publika.az xəbər verir ki, hesabata görə, enerjidən istifadə 2010-ci ildən sonra ən böyük həddə çattıb.

Qlobal enerji istifadəsində ilk yerləri Çin, ABŞ və Hindistan tutub.

Sənədə əsasən, Çin 18 ildir ki, dünyanın ən çox illik böyümə əldə edən enerji bazarıdır. Çində enerji istifadəsi ötən il bir öncəki ilə nəzərən 4,3% artaraq 3,2 milyard ton neftə bərabər olub. ABŞ-ın enerji istifadəsi 2,3 milyard, Hindistanda isə 809 milyon ton neftə bərabərdir.

Beləliklə, qlobal enerji istifadəsi ötən il əvvəlki illərə nisbətən 2,9% artıb və 13,8 milyard ton neftə bərabər olub.

Ən böyük artım təbii qazda

Dünyada istifadə olunan enerji qaynaqlarında ən böyük artım təbii qazın payına düşür. Qlobal təbii qaz istifadəsi ötən il bir öncəki ilə nəzərən 5,3% artıb və 3,3 milyard ton neftə bərabər olub. İstifadədə ən böyük artım Çin, Yaxın Şərq və Avropada qeydə alınıb.

Dünya miqyasında kömür istifadəsi 1,4% artaraq 3,7 milyard ton neftə bərabər səviyyəyə çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR