Slimfit
  1. MARAQLI

Dünyada ən çox beyin axını və ən yaxşı iş imkanları olan 10 ölkə

Dünyada ən çox beyin axını və ən yaxşı iş imkanları olan 10 ölkə
Sakura

Dünyada ən çox beyin axını və ən yaxşı iş imkanları olan 10 ölkə

İş imkanları və yüksək əmək haqqı perspektivlərinə sahib olan ölkələrə hər il çoxlu beyin axını gedir. ”Beyin axını“ prosessinin mahiyyəti öz ölkəsində normal yaşamaq üçün şərait qura bilməyən yüksək ixtisaslı mütəxəssisin daha yaxşı təminatlı başqa ölkəyə köçüb getməsidir. Sosial hüquqları ilə öndə olan bu ölkələr eyni zamanda yüksək həyat standartları ilə də ixtisaslı mütəxəssislərə “gəl-gəl” deyir.

Son illərdə ən çox beyin axını olan və iş standartlarının yüksək olduğu 1o ölkəni təqdim edirik:

1) Norveç

Avropanın şimalında yerləşən inkişaf etmiş ölkələrindən biri olan Norveçdə sosial hüquqlarla bərabər yüksək əmək haqqları ilə də iş tapa bilərsiniz. Ancaq, Norveçdə iş tapmağın ən önəmli kriteriyası hər hansı bir sahədə mütəxəssis olmaqdır.

2) Kanada

Çox mədəniyyətli quruluşu ilə Kanada fərqli ölkələrdən gələnlərə iş imkanları qapısını açan ölkələrdən biridir. Kanadanı cazibə mərkəzi edən inkişaf etmiş standartları və sosial hüquqların çoxluğudur.

3) ABŞ

Ədalətli işləmə şərtləri ilə bərabər işsizliyin aşağı həddi və saat hesabı işləyə bilmək kimi üstünlükləri ilə ABŞ yaxşı bir alternativdir.

4) Avstraliya

Həyat standartlarının yuxarı səviyyədə olduğu Avstraliya güclü iqtisadiyyatı ilə də diqqət çəkən bir ölkədir. Həmçinin, işsizliyin ən az olduğu ölkələrdən biridir.

5) İsveçrə

İnkişaf etmiş iqtisadiyyatı olan ölkə deyilən zaman ağıla gələn ilk ölkələrdən biri də İsveçrədir. Burada işdən çıxarılma son dərəcə aşağıdır.

6) İngiltərə

İşsizliyin az olduğu ölkədə fərqli mədəniyyətlərdən gələn insanlar rahatlıqla iş tapa bilirlər.

7) Çin

Dünyanın ən çox əhalisinə sahib olan Çində işini bilən mütəxəssislərə ehtiyac duyulur. İş və sosial haqqların zəngin olduğu ölkədə iqtisadiyyat hər il güclənməkdə davam edir.

8) Almaniya

Avropanın güclü iqtisadiyyatlarından birinə sahib olan Almaniya xarici işçiyə ehtiyac məsələsində çoxlu iş yerləri olan ölkələrdən biridir. İş və sosial standartların qənaətbəxş olduğu ölkədə təhsil səviyyəsi də yüksəkdir.

9) İrlandiya

Dünyadakı önəmli texnologiya şirkətlərinin fəaliyyət göstərdiyi bir ölkədir. Gəlir baxımından da Avropadakı ən yaxşı ölkələrdən biridir.

10) Qətər

İnşaat, mühəndislik və tibb sahələrində iş yerləri olan Qətərdə əmək haqqı və sosial haqqların yüksək olduğu bir iş tapmaq çox da çətin deyil.

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR