Slimfit
  1. AZƏRBAYCAN

Dünyada ən böyük paltar qısqacı: Heykəllər şəhərindən

Dünyada ən böyük paltar qısqacı: Heykəllər şəhərindən
Sakura

Dünyada ən böyük paltar qısqacı: Heykəllər şəhərindən

Xaçmaz bu gün parklar və muzeylər şəhəri kimi tanınır. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ötən dövrdə rayonda ümumi sahəsi 20 hektara yaxın olan yeddi park salınıb.

Xaçmazlılar və rayona səfər edən turistlər buranı “Əfsanələr paytaxtı”, eləcə də “Heykəllər şəhəri” adlandırırlar.

Gələn qonaqların diqqətini daha çox cəlb edən buradakı heykəllərdir. Ən maraqlı heykəl isə paltar qısqacının simvolik abidəsidir. Təxminən 10 metr hündürlüyündə olan fərqli tikili dünyada ən böyük paltar qısqacı modeli kimi də tanınır. 

Çəngələ də ilk abidə məhz Xaçmazda ucaldılıb. Fərqli və maraqlı foto çəkdirmək istəyənlər bura üz tuturlar.

Xəncər, qorilla, aslanlar, flaminqo, cizgi film qəhrəmanı olan Şrek və bunun kimi onlarla heykəl rayonda turistlərin marağına səbəb olur.

Heykəllərə daha çox “Çənlibel” parkında rast gəlmək mümkündür. Şəhərin girişində salınan bu park Rusiya Federasiyasına gedib-gələn qonaqların ayaq saxladıqları yerlərdəndir. 

Açıq hava altında salınan Şəxsiyyətlər Muzeyində isə tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstləri ucaldılıb. Hazırda muzeydə 60 dahi şəxsiyyətin büstü var. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR