Dərc edildi: Baxış sayı: 312
Dünyada bir ilk: İnsan beyninə çip yerləşdirildi
İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Mask özünün “X” hesabında paylaşım edib.
“İlk şəxsə dünən “Neuralink”in çipi qoyuldu. Proses yaxşı gedir”, - deyə İ.Mask qeyd edib.
Sahibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.
“İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, - deyə o sözlərinə əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət