Dərc edildi: Baxış sayı: 738
Dünyada bənzəri olmayan tankın sınaqları başlayır
Rusiya Sovet dövründən bu yana istifadə edilən tankları üçüncü nəsil T-14 "Armata" tankları ilə əvəzləyəcək.
Axar.az xəbər verir ki, sözügedən tankların sınaqlarına bu ildən başlanacaq.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Universal Armata platformasında yaradılan və ordu üçün inkişaf etdirilən T-14 tankının istehsalçı sınaqları tamamlanmaq üzrədir.
Rusiya T-14-ün dünyada bənzəri olmayan yeganə tank olduğunu iddia edir.
3 ekipaj ilə nəzarət edilən T-14 dəqiqədə 10-12 atış yerinə yetirə bilir. Bundan əlavə, bu tankla lazerlə idarə edilən bilən raket atışlarını da icra etmək mümkündür.
T-14 tankı 50 ton ağırlığındadır və uzunluğu 10,8 metr, eni 3,5 metr, hündürlüyü isə 3,3 metrdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət