Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dünyada artıq üç növ COVID-19 var

Dünyada artıq üç növ COVID-19 var
Sakura

Dünyada artıq üç növ COVID-19 var

Ens.az saytı bildirir ki, Kembric Universitetinin tədqiqatçıları koronavirusun üç - A, B və C genetik variantına sahib olduğunu aydınlaşdırıblar. Müxtəlif ölkələrdə bu variantların yayılması, virusun dünyada necə hərəkət etdiyini izah edə bilər.

Onlar şərti olaraq üç növ müəyyən ediblər - A, B və C. A növü, yarasalardan insanlara ötürülən orijinal virusdur. Digər iki növ isə onun mutasiyalarıdır.

A tipi daha çox Avstraliya və ABŞ-da yayılıb. Amerikada yayılan tipin üçdə ikisi bu növə aid edilib. ABŞ-da B tipinin aşkar edildiyi halların əksəriyyəti səyahət gəmiləri ilə əlaqəli olub.

Çində isə daha çox, Milad bayramından əvvəl yayılan B tipi olub. Bu, İngiltərə, İsveçrə, Almaniya, Fransa, Belçika və Hollandiyada üstünlük təşkil edir.

B tipindən mutasiya edən C tipi isə Sinqapur vasitəsilə Avropaya gəlib. Asiyanın bu hissəsində daha çox yayılmışdır. Xüsusilə Cənubi Koreyada.

Alimlər hesab edirlər ki, rəsmi olaraq SARS-CoV-2 adlanan virus müxtəlif populyasiyalardakı immun sisteminin müqavimətini yarmaq üçün daim mutasiya edir. Alimlər yaxın gələcəkdə yeni başqa koronavirus növlərinin də meydana gələcəyini qeyd ediblər.

Mənbə: Алхайд

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR