Dərc edildi: Baxış sayı: 538
Dünyada 3,6 milyondan çox insan koronavirusa yoluxub
Dünyada koronavirus daşıyıcılarının sayı 3 603 521 nəfərə çatıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi ABŞ (1 194 434), İspaniya (248 301), İtaliya (211 938), Böyük Britaniya (190 584) və Fransada (168 693) qeydə alınıb.
Qeyd edək ki, infeksiya indiyədək 212 ölkə və regionda qeydə alınıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 250 min nəfərdən çoxdur. Sağalanların sayı isə 1,2 milyon nəfərə yaxınlaşıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət