Dərc edildi: Baxış sayı: 1510
Dünya ulduzundan koronavirusla bağlı mahnımıza reaksiya
Amerikanın əfsanəvi müğənnisi Qloriya Qeynor azərbaycanlı məşhurların “I Will Survive” mahnısını fərqli formatda ifa etməsinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, dünyaca məşhur sima Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun ifa barədə paylaşımına reaksiya verib.
Qloriya sözügedən məlumata rəy bildirərək “Bu ki, möhtəşəmdir”, - deyə qeyd edib.
Xatırladaq ki, sözügedən layihəni Trend İnformasiya Agentliyi ərsəyə gətirib. Xalq artisti Tünzalə Ağayeva, Əməkdar artist Lalə Məmmədova, Zamiq Hüseynov, Xəyyam Nisanov və Murad Arif “I Will Survive” mahnısının sözlərini dəyişərək üç dildə ifa edib, hər kəsi evdə qalmağa səsləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət