Slimfit
  1. MƏŞHURLAR

Dünya ulduzlarının fiziki çatışmazlıqları

Dünya ulduzlarının fiziki çatışmazlıqları
Sakura

Dünya ulduzlarının fiziki çatışmazlıqları

Onlar möhtəşəm görünür və bizim ağlımıza belə gəlməz ki, bu məşhurların fiziki çatışmazlıqları var. Gəlin baxaq...

Meqan Foks

Üçbucaq dırnaqlı qalın baş barmaqlar. Meqan hər zaman bu çatışmazlığı barədə belə zarafat edir: “Mənim anam bütün hamiləlik dövründə tuna balığı yeyib. Ola bilsin buna görə mənim baş barmaqlarım üzgəcləri xatırladır”.

Harri Stayls

Müğənni və aktyor dörd əmcəyi var. Harri bunlardan qurtulmaq üçün əməliyyat etmək istəməyib: “Bunların olmasının məni xüsusi insan etdiyini düşünmək daha xoşdur”.

Denzel Vaşintqon

Uşaqlıqda aktyor sol əlindəki adsız barmağını sındırıb və o uğursuz bitişib: praktik olaraq digərlərindən 45 dərəcə aşağıya əyilib və hərəkətsizdir.

Lili Allen

Müğənninin döşünün altında üçüncü əmcək var. O onu nümayiş etdirməyi xoşlayır və iddia edir ki, o digərləri kimi həssasdır.

Karolina Kurkova

Göbək yırtığı səbəbindən Karolina körpə olarkən əməliyyat olunub, nəticədə isə onun göbəyi yoxdur. Bu xüsusiyyət ona alt paltarını nümayiş etdirməyə və əla bədənə sahib olmağa heç cür mane olmur.

Cerard Batler

“Cavanlıqda mən qulaqlarında izah oluna bilməyən səsdən əziyyət çəkirdim, nəticədə ağır əməliyyat tələb olundu və mənim qulağımı başdan ayağa cilaladılar. Sağalanda o qabarıq oldu və səmimi desəm bəzən eybəcər görünməməyim üçün qrim ustaları onu başıma yapışdırırlar”.

Cennifer Qarner

Cendə braximetatarziya var: hələ də məlum olmayan genetik anomaliya səbəbindən ayaq barmaqları qeyri-simmetrik inkişaf edir, lazım olduğundan daha uzun və ya qısa olur. Bu heç də aktrisanı üstü açıq ayaqqabı geyinməkdən çəkindirmir!

Eşton Katçer

Aktyorun ayağında iki bitişik barmağı var: üçüncü və dördüncü. O bundan utanmır və fəxrlə bunu “özünün yeganə çatışmazlığı” adlandırır.

Cemma Arterton

Bondun gələcək sevgilisi hər iki əlində altı barmaqla doğulub. Düzdür, bunu ancaq çapıqlar xatırladır: əməliyyatı Cemmanın uşaqlıq illərində ediblər.

Deril Hanna

Derilin sol əlinin şəhadət barmağının yarısı yoxdur: uşaqlıqda Deril barmağını hansısa mexanizmə soxub ki, o da sümüklərini sındırıb. Çəkilişlərdə Deril adətən protezdən istifadə edir, həyatda isə onunla gəzməkdən utanmır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR