Slimfit
  1. MƏŞHURLAR

Dünya Ulduzlarının ən bahalı doğum hədiyyələri

Dünya Ulduzlarının ən bahalı doğum hədiyyələri
Sakura

Dünya Ulduzlarının ən bahalı doğum hədiyyələri

Hamiləlik – qadınların həyatında baş verən ən önəmli və həyəcanlı dövrlərdən biridir. Eyni zamanda bu dövrdə uşağın doğum şərəfinə atası tərəfindən gözəl bir hədiyyə surpriz həyəcanı da olur. Bu məqalədə dünya ulduzlarına öz həyat yoldaşları tərəfindən bu münasibətlə hədiyyə edilən – maşınlar, brilliant boyunbağılar və nadir qaşlı üzüklər – ən bahalı hədiyyələri bir araya topladıq.

MİLA KUNİS: BAHALI QAŞI OLAN ÜZÜK

Mila Kunis, 2012 – ci ildən Ashton Kutcher ilə görüşməyə başlayır. 3 ildən sonra onlar toy etməyə qərar verdilər. Həmin dövrə qədər artıq onların 2014-cü ildə Uayet adlı qızları doğulmuşdu. İlk uşağın doğuşu şərəfinə Kunis hədiyyəni özü hazırlamışdı və o xüsusi məna daşıyan bir hədiyyə idi. Aktrisa zərgərlik dizayneri olan Marina-ya müraciət edir və o öz növbəsində zümrüd daşlarla bəzədilmiş ”Analıq” mənası olan qızıl üzük kolleksiyasını yaradır. Bu fərdi sifariş deyildi, məhdud sayda buraxılmış limitli bir kolleksiya idi. Zinət əşyasının qiyməti 4800 dollar idi və bundan əldə olunan gəlir xeyriyyə məqsədi ilə Zambiyada olan doğum evinə bağışlandı.

MARİAH CAREY: ADLI BRİLLİYANT BOYUNBAĞI

2011-ci ilin Aprel ayında müğənninin Morokkana və Monro adında əkiz övladı dünyaya gəldi. Həyat yoldaşı, musiqiçi Nick Cannon, hədiyyəsi ilə ona surpirz etmək  istəyirdi. O bilirdi ki, Mariah zinət əşyalarını çox sevir və hədiyyəsini də bu formada vermək istəyirdi. Ancaq onun çox orjinal və bahalı daş-qaşları artıq var idi deyə həyat yoldaşı xüsusi fantaziya ilə hədiyyəsini seçməli oldu. Sonda, Cannon çəhrayı və ağ brilliantlarla bəzədilmiş oğlunun və qızının adları həkk olunmuş boyunbağı hədiyyə etmişdi.

KYLİE JENNER: FERRARİ

Dünyanın ən gənc milyarderi Kylie Jenner və həyat yoldaşı reper Travis Scott 2018-ci ilin fevral ayında valideyn oldular. Cütlük qızları Storminin doğulduğu  barədə sosial şəbəkələrin birində təsirli bir video çarx paylaşaraq xəbər veriblər. Bu video çarxa 73 milyon baxış sayı olmuşdu. Həyat yoldaşı beləliklə ona 1,4 milyon dollar dəyərində olan Ferrari La Ferrari hədiyyə edir.

NİCOLE KİDMAN: SEVGİ VƏ SADİQLİYƏ HƏSR OLUNMUŞ “CARTİER”-DƏN ÜZÜK

Nicole Kidman 2006-cı ildə müğənni Keith Urban ilə ailə həyatı qurur. Bu evlilikdən öncə aktrisa Tom Cruise ilə 10 il evli olmuş lakin hamilə ola bilməmişdi. Buna görə hamilə olduğunu öyrənəndə aktrisa bütün film təkliflərini rədd edir və özünü analığa həsr edəcəyini qərara alır. Bu Urbanında ilk övladı idi. Qızı Sandey Rouz dünyaya gələndə musiqiçi, Nicole-a brilliantlarla bəzədilmiş ağ, sarı və çəhrayı qızılla işlənmiş 73 min dollar dəyərində Cartier Trinity üzüyünü hədiyyə edir. Üzüyün hər bir halqası bir məna kəsb edir: Ağ qızıl dostluğu, sarı qızıl sadiqliyi, çəhrayı isə sevgini tərənnüm edir.

BEYONCE: GÖY TANZANİT QAŞLI ÜZÜK

Mavi(göy) rəng 36 yaşlı müğənni Beyonce və 48 yaşlı Jay Z-nin şəxsi həyatında və karyerasında önəmli yer tutur. Reper 2001-ci ildə The Blueprint, 2002-ci ildə — The Blueprint 2: The Gift & the Curse, 2009-cu ildə isə The Blueprint 3 adlı albomunu satışa çıxarır.  Beyonce özüdə etiraf edir ki, göy rəngin dəlisiyəm.  Aktrisa göy rəngi o qədər sevirki öz qızına ingiliscədən tərcümədə “mavi sarmaşıq” olan “Blue İvy” adını qoyur. Həyat yoldaşı isə Beyonce-a kraliçalara layiq olan göy tanzanit qaşlı 35 min dollar dəyərində olan üzük hədiyyə edir.

 

JENNİFER LOPEZ: DƏYƏRİ 2,6 MİLYON DOLLAR OLAN SIRĞA, HANSI Kİ, İNDİ BAŞQASININ ZİYNƏT ƏŞYASIDIR

Jennifer Lopez və mügənni Marc Anthony 2006-cı ildə ailə həyatı qururlar və 5 ildən sonra bu ailə dağılır. Ailə həyatı vaxtı cütlüyün əkiz övladları oğlu Maks və qızı Emmi dünyaya gəlir. Hədiyyə olaraq Marc, dəyəri 2,6 milyon dolar olan sırğaları Jennifer-ə bağışlayır. Hollivud zərgərləri deyirlər ki, boşanandan sonra Jennifer evlilik vaxtı alınan bütün ziynət əşyalarını satmışdı. O cümlədən sırğalarıda.

 

Mənbə: 1lady.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR