Slimfit
  1. TEXNOLOGİYA

Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq

Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq
Sakura

Dünya süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollara çatacaq

2022-ci ilədək neyron şəbəkələr əsasında dünya kompüter təlimi və süni intellekt texnologiyaları bazarının həcmi 52,5 milyard dollaradək artacaq. Bu barədə süni intellekt həlləri bazarının təhlilini aparan “Frost & Sullivan” beynəlxalq konsaltinq şirkətinin proqnozunda deyilir.

servernews.ru saytının məlumatına görə, süni intellekt texnologiyalarının tətbiqi 2030-cu ilədək qlobal məhsul və xidmətlərin həcmini 15,7 trilyon dollar artıracaq.

“Frost & Sullivan” şirkətinin biznesin inkişafı üzrə direktoru Denis Stepanov bildirib ki, süni intellekt yaxın gələcəkdə insanların şəxsi və peşə həyatının ayrılmaz hissəsinə çevriləcək. Bütün böyük sahələrdə süni intellekt tətbiq edilir. İri şirkətlərin süni intellekt texnologiyaları əsasında proqramlar üçün orta illik xərcləri durmadan artır, çünki təşkilatlar kompüter vasitəsilə biznes proseslərini yaxşılaşdırmaqla üstünlüyə nail olmaq istəyirlər.

Hazırda ABŞ süni intellekt layihələrinə investisiyaların məbləği və imzalanmış sazişlərin sayına görə lider olaraq qalır. İkinci və üçüncü yerlərdə isə Çin və Böyük Britaniya qərarlaşıb.

Mənbə:ict.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR