Slimfit
  1. PSİXOLOGİYA

Dünya şöhrətli psixoloqun həyatınıza ciddi təsir edən unikal müalicə texnikası

Dünya şöhrətli psixoloqun həyatınıza ciddi təsir edən unikal müalicə texnikası
Sakura

Dünya şöhrətli psixoloqun həyatınıza ciddi təsir edən unikal müalicə texnikası

Özünüzə və ümumiyyətlə həyata münasibətinizi necə dəyişdirmək olar?

Publika.az xəbər verir ki, dünya şöhrətli psixoloq Luiza Hey “Öz həyatını necə bərpa etməli” kitabında həyata olan münasibətimizi müsbət istiqamətdə dəyişməyin yollarından danışır. Oxucuları psixoloqun “Özümə haqq qazandırıram” müalicə texnikası ilə tanış edirik.

Növbəti ayda daima özünüzə bu sözləri təkrar edin: “Özümə haqq qazandırıram”. Bu sözləri gündə 300-400 dəfə təkrar edin. Nə qədər çox olsa, o qədər yaxşıdır. Qoy bu sözlər hər zaman sizinlə olsun və əzbər bildiyiniz duanız olsun. Bu ifadə ona qarşı çıxan hər şeyi şüurunuzun səthinə çıxaracaq.

Məsələn, ağlınıza hər hansı mənfi fikir gəldiyi zaman: “Kök olduğum halda özümü necə bəyənə bilərəm?”, yaxud “Belə bir şeyin mənə kömək etməsini düşünmək axmaqlıqdır” deyə bilərsiniz. Bilin ki, artıq fikirlərinizi nəzarət altına almağı öyrənməyin vaxtıdır. Fikri olduğu kimi qəbul edin və onu Allah amanında buraxın. Vida kimi nəzakətlə deyin: “Səni Allah amanında qoyub özümə haqq qazandırıram”.

Bəziləri bu məşqin səmərəsiz, əhəmiyyətsiz və mənasız olduğunu düşünə bilər. Qoy bu fikirlər sakit şəkildə şüurunuzdan keçsin, onların üzərinizdə heç bir gücü yoxdur, əlbəttə ki, onları özünüz seçməmək şərti ilə. Belə fikirlər dəyişikliklərə qarşı sizin dirənişinizdir.

Heç nəyə baxmayaraq, davam etməlisiniz. Başqalarının sizə dediklərinə fikir verməyin. Əgər kimsə haqq qazandırmağınız bir şeyi etdiyi zaman bu ifadəni özünüzə söyləsiniz, daxilən ruhi inkişaf prosesində olduğunuzu biləcəksiniz.

Düşüncələri özümüzə tabe etməyənə qədər onların üzərimizdə heç bir hakimiyyəti yoxdur. Fikirlər özlüyündə heç bir əhəmiyyət daşımır. Onları biz əhəmiyyətli edir və arzu etdiyimiz mənanı özümüz seçib yükləyirik. Bu baxımdan özünü qəbul etmək başqalarının fikirlərindən xilas yolu ilə keçir.

Sizə tez-tez “çəhrayı donuz” desəydim, mənə ya gülər, ya da dəli olduğumu deyərdiniz. Buna heç bir halda inanmardınız. Özümüzə dediklərimizin çoxu eyni dərəcədə mümkünsüzdür. Məziyyətlərinizin bədən quruluşunuz ilə düz mütənasib olduğuna inansaq, bu, aşkar cəfəngiyyata inanmaq deməkdir.

Adətən bizim çatışmazlıq hesab etdiyimiz hər hansı bir xüsusiyyət individuallığımızın ifadəsidir. Unikallığımız da bundadır. Təbiət özünü heç vaxt təkrarlamır. Dünyanın yaradılışından bəri yer üzünə oxşar qar dənəsi və damcı düşməyib. Hətta hər çobanyastığı da digərlərindən fərqlənir.

Barmaq izlərimiz də bizim kimi fərqlidir. Təbiət belə qurulub. Əgər siz bunu qəbul etməyə hazırsınızsa, onda özünüzü tez-tez başqaları ilə müqayisə etməyəcəksiniz. Başqalarına oxşamaq öz ruhunu qurutmaq cəhdləridir. Bu dünyaya biz özümüzü ifadə etmək üçün gəlmişik. Həyatda ruhi axtarışları başlayana qədər kim olduğumu bilmirdim.

Odur ki, bizi bədbəxt edən fikirləri qovmaq vaxtıdır. Gəlin sevdiyimiz işləri görək və yanında özümüzü yaxşı hiss etdiyimiz insanlarla bərabər olaq.

Məlumat üçün bildirək ki, Luiza Hey müsbət enerji ötürən, ruhlandırıcı əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. Amerikalı yazıçı daha çox "Həyatına şəfa ver", “Düşüncə gücü ilə müalicə” kitablarına görə tanınır.

İstedadlı psixoloqun bestsellerlərindən biri də “Öz həyatını sağalda bilərsən” kitabıdır. Bu kitab 30-dan çox dilə tərcümə olunub və minlərlə insanın həyatını xilas edib. Kitabın əsas ideyası ondan ibarətdir ki, xoşbəxtlik hər kəsin öz əlindədir. Çox sadə səslənir, elə deyil? Onda niyə bizim aramızda problemlərini həll edə bilməyən çox pessimist və bədbəxt insanlar var? Bəlkə, həyata başqa cür baxmağın zamanıdır?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR