Slimfit
  1. DÜNYA

Dünya şöhrətli həkim koronavirusdan qorunmağın yolunu göstərdi

Dünya şöhrətli həkim koronavirusdan qorunmağın yolunu göstərdi
Sakura

Dünya şöhrətli həkim koronavirusdan qorunmağın yolunu göstərdi

Çinin Uhan şəhərindən başlayan və pandemiya elan edilən koronavirusdan qorunmaq üçün dünyaca məşhur kardioloq-cərrah Mehmet Öz bəzi profilaktik tədbirləri sadalayıb.

“Haberler”in məlumatına görə, o, virusa görə panikaya düşməməyi məsləhət bilib.

Həkimin dediyinə görə, koronavirusa yoluxmamaq üçün gecə yeddi saat yatmaq mütləqdir:

 

“Olduğunuz otaqda havanın nəm olmasına diqqət edin. Əl verib görüşməyin, əllərinizlə üzünüzə toxunmayın. İmmun sisteminin güclənməsi üçün yarım saat ara verməklə idman edin”, - deyə həkim açıqlayıb.

Bundan başqa, o, qripə görə peyvənd vurdurmağı, vitamin D3 və meyvə-tərəvəz qəbul etməyin vacib olduğunu qeyd edib.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR