Slimfit
  1. DÜNYA

Dünya şöhrətli bəstəkar vəfat etdi

Dünya şöhrətli bəstəkar vəfat etdi
Sakura

Dünya şöhrətli bəstəkar vəfat etdi

Dünya şöhrətli italiyalı bəstəkar Ennio Morrikone 92 yaşında vəfat edib.

Ens.az “Report”-a istinadən xəbər verir ki, o, İtaliyanın paytaxtı Romadakı klinikalardan birində dünyasını dəyişib. 

Qeyd edək ki, E.Morrikone 1928-ci ilin noyabrın 10-da Romada peşəkar caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olub.

O, 9 yaşında Romada Müqəddəs Çeçiliya Konservatoriyasına daxil olub.

E.Morrikonenin 16 yaşı olduqda, o, əvvəl atasının ifa etdiyi, Alberto Flamininin ansamblında ikinci turba yerini alıb. Ennio ansamblnan birlikdə pul qazanmaq üçün Romanın gecə klublarında və otellərində ifa edib.

Bir il sonra E.Morrikone teatrda işləməyə başlayıb. Burada o, bir il musiqiçi kimi, daha sonra üç il bəstəkar kimi fəaliyyət göstərib. 1950-ci ildə o, radio üçün tanınmış bəstəkarların mahnılarını aranjiman etməyə başlayıb. Radio və konsertlər üçün musiqi düzəlişləri ilə Morrikone 1960-cı ilə qədər məşğul olub, ancaq 1960-cı ildə teleşoular üçün musiqi aranjiman etməyə başlayıb.

"İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatının laureatı olub. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatıdır. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə bəstələdiyi musiqilərə görə Ennio bütün dünyada məşhurlaşıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR